13 Mart 2018 11:03
642
Qəbullar
A- A+

Prezident İlham Əliyev Monteneqro parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu qeyd edərək mütəmadi qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini dedi. Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, Azərbaycan ilə Monteneqro müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirir, parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət, investisiya sahələrində yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev özünün Monteneqroya və Monteneqro Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərinin əlaqələrimizin möhkəmlənməsində rolunu vurğuladı. Monteneqro parlamentinin sədri İvan Brayoviçin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Monteneqro parlamentinin sədri İvan Brayoviç Monteneqro Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Monteneqro ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyəsini vurğulayaraq, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlı olduğunu dedi. Qonaq bildirdi ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn çərçivəsində həllinin tərəfdarıdır. İvan Brayoviç Azərbaycana səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Monteneqro Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monteneqronun Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video