20 Aprel 2021 18:59
1213
Səfərlər
A- A+

Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib  YENİLƏNİB

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.

Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev dedi: Altı il bundan əvvəl mən bu məsələ ilə maraqlananda pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə 336 min ton, 10 dəfə çox.

Qeyd edək ki, 2015-ci ildən dövlətimizin başçısının kənd təsərrüfatının bir çox sahələrinə xüsusi yanaşmasının şahidi olduq. Nəticədə məhsuldarlıq dəfələrlə artdı, xüsusi stimullaşdırıcı tədbirlər görüldü. Faktların müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq dirçəlib. Ölkədə hər hektardan məhsuldarlığın 30 sentnerdən yuxarı olduğu cəmi 3 il qeydə alınıb. Konseptual yanaşmanın tətbiq olunduğu 2015-ci ildə bu rəqəm 2 dəfə aşağı idi. Görülən kompleks tədbirlər artıq tarixi maksimuma yenidən çatmağı şərtləndirib. Ötən il hər hektardan məhsuldarlıq 33,6 sentner təşkil edib.

Sonra fermer Elşən Xəlilovun pambıq tarlasında səpinə start verildi.

Bu il Hacıqabulda 300 hektar sahədə pambıq əkini aparılacaq. Artıq əkinlə bağlı tədarükçü şirkət 34 fermerlə müvafiq müqavilələr imzalayıb, onlar lazımi texnika və toxumla təmin ediliblər.

Prezident İlham Əliyev: Deməli, indi 2600 manat alacaqsan.

Elşən Xəlilov: Bəli, orada hər kiloqrama da 10 manat.

Prezident İlham Əliyev: Alış qiyməti də artıb?

Elşən Xəlilov: Bəli.

Prezident İlham Əliyev: Ona görə dövlət hər şeyi edib. Belə müasir texnikalar, bu traktorlar hamısı bizdə istehsal olunur?

Elşən Xəlilov: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Kombaynlar da ən qabaqcıl texnologiyalar əsasında hazırlanıb.

Azərbaycan pambıqçılığın inkişafı üçün mövcud dəstək mexanizmləri sırasına aqrotexniki dəstək, yəni, fermerlərin toxum, gübrə, pestisid, herbisid, dərmansəpən maşınlar, kultivasiya işini həyata keçirən texnikalarla təminatı, dövlət xətti ilə ölkəyə kifayət qədər ən müasir pambıqyığan kombaynların gətirilməsi, satışa yardım - tədarükçü şirkətlərin müqavilə əsasında məhsulun hər tonunu sortdan asılı olaraq 550-650 manata satın alması, subsidiyaların ayrılması daxildir. Dövlət fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat, təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödəyir. Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video