09:15 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib
ANA SƏHİFƏ / TƏDBIRLƏR
14:55 09.08.2021

 

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, ötən əsrin 70-ci illərinin əvvəlindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektroenergetika sahəsi sürətlə inkişaf edib. Məhz həmin illərdə Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası inşa edilib, Bakı şəhəri və Abşeron yarımadasının sürətlə artan tələbatını qarşılamaq üçün bu stansiyada istehsal olunan elektrik enerjisinin Abşeron yarımadasına ötürülməsi məqsədilə ölkənin ən böyük yarımstansiyası olan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının tikilməsinə başlanılıb.

“Abşeron” yarımstansiyasında 40 ilə yaxın müddətdə istismarda olan avadanlıqlar köhnəldiyindən, yeni texnologiyalara cavab vermədiyindən və bütün bunlarla yanaşı tələbat dəfələrlə artdığından istismarda ciddi problemlər yaranırdı. Məhz buna görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkənin ən böyük yarımstansiyası olan “Abşeron” yarımstansiyası əsaslı şəkildə yenidən qurulub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, bu yarımstansiya bütövlükdə Bakının və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasət nəticəsində sosial məsələlərin həlli, o cümlədən əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı baxımından olduqca mühüm layihələr həyata keçirilib. Bu layihələrin hazırda dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda da uğurla icra olunması Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirməklə yanaşı, ölkəmizdə sosial infrastrukturun daha da müasirləşdirilməsi üçün atılan addımların ardıcıl olduğunu göstərir. “Abşeron” yarımstansiyasının müasir səviyyədə yenidən qurulması da Azərbaycanda enerjisistemin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi baxımından böyük rol oynayır.

Yenidənqurma işləri çərçivəsində köhnə idarəetmə binası əsaslı təmir edilib. Məhz burada ilk dəfə 22 nömrədən ibarət mühəndis-yataqxana korpusu inşa olunub, işçilərin istirahəti, idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün hərtərəfli şərait yaradılıb. Yarımstansiyanın strateji əhəmiyyəti nəzərə alınaraq, onun səmərəli və etibarlı iş rejiminin, dayanıqlığının artırılması, istismar xərclərinin azaldılması, işçi heyəti üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılmasına tam nail olunub.

Qeyd edək ki, "Abşeron" enerji qovşağı nəinki Bakı və Abşeron yarımadasının, bütövlükdə ölkənin enerji sisteminin əsas bazası hesab olunur. Belə ki, Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük, məhz “Abşeron” yarımstansiyasına, buradan isə sistem əhəmiyyətli 330, 220 kilovoltluq yarımstansiyalara ötürülür.

Yenidənqurma işləri zamanı yarımstansiyasının 500 və 330 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənib, ərazi genişləndirilib, yeni 220 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Həmçinin İdarəetmə Mərkəzi tikilib və müasir qurğularla təchiz olunub. İdarəetmənin təkmilləşdirilməsi, yarımstansiyanın işinə real zaman rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji”nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Beləliklə, yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. Eyni zamanda, dispetçer idarəetmə otağında mərkəzi SCADA sistemi tam həcmdə təkrar ehtiyat variantda quraşdırılıb.

Prezident İlham Əliyev “Abşeron” yarımstansiyasını işə saldı.

Yarımstansiya Azərbaycanın 4 ən böyük istilik elektrik yarımstansiyası - “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Sumqayıt”, “Şimal” və “Cənub” Elektrik Stansiyaları, həmçinin Mingəçevir Su Elektrik Stansiyası, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilib. Beləliklə, bu yarımstansiya bu qədər böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.

Yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir standartlara cavab verən innovativ həllərin tətbiqinə nail olunub.

Qarşıda duran layihələrdən biri də Rusiya ilə mövcud Yaşma-Dərbənd xəttinə paralel olaraq yeni 330 kilovoltluq Dərbənd-Abşeron xəttinin tikintisidir. Bununla əlaqədar yarımstansiyada genişləndirmə işləri aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM