02:21 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktorunu qəbul edib
ANA SƏHİFƏ / QƏBULLAR
12:47 28.04.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

AZƏRTAC xəbər verir ki, Stenli Dil dedi: “Boeing” şirkəti adından Azərbaycanla əməkdaşlıq məsələsində liderliyinizə görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Stenli Dil: Biz Azərbaycanla bağlı bütün işləri həyata keçirə bilmişik.

Prezident İlham Əliyev: Bəli, artıq iyirmi ildən çoxdur.

Stenli Dil: Bəli, iyirmi ildir ki, iş birliyi aparırıq.

Prezident İlham Əliyev Azərbaycanın “Boeing” şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirdi, bu əməkdaşlığın hava yollarımızın inkişafında rolundan danışdı. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə yeni hava limanlarının inşa olunduğunu dedi və bu baxımdan təyyarə parkımızın genişlənəcəyini vurğuladı.

Prezident İlham Əliyev: Sizin də bildiyiniz kimi biz Azərbaycanda bir neçə hava limanı tikmişik və üç əlavə hava limanı da...

Stenli Dil: Tikilməkdədir?

Prezident İlham Əliyev: Bəli, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.

Stenli Dil: Bilirəm, bu, çox vacibdir.

Prezident İlham Əliyev: İki gün bundan əvvəl onlardan birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək.

Stenli Dil: İşlər çox sürətlə gedir.

Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizin yükdaşıma təyyarələri parkının potensialını da vurğuladı və bu sahədə də əməkdaşlıq üçün imkanları qeyd etdi.

Prezident İlham Əliyev: Əminəm ki, bizim uğurlu əməkdaşlığımız davam edəcək. Həmçinin siz bizə yükdaşıma üçün təyyarə parkının inkişafında da kömək etmisiniz.

Stenli Dil: Bəli, bu, çox vacibdir.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, Azərbaycan yükdaşıma təyyarələri parkının potensialına görə aparıcı ölkələr sırasındadır.

Stenli Dil: Elədir ki var. 2020-ci ildə hava yolu ilə yükdaşımaları sahəsində ən yaxşı daşıyıcı olmaq şərəfinə nail olmağı, bu prosesin iyirmi il öncə başladığını və sizin bu sahədə artıq liderə çevrildiyinizi nəzərə alaraq bu, təqdirəlayiqdir.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünki bizim regionda belə güclü yükdaşıma parkına o qədər də çox ölkə sahib deyil. Bu, bizə kömək edir və əməkdaşlığa xidmət edir.

Stenli Dil: Yükdaşıma bacarığına nail olmaq strateji bir məsələdir.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM