17:15 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə tanış olub
ANA SƏHİFƏ / TƏDBIRLƏR
04:11 25.11.2014

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün paytaxtın bir sıra ərazilərində olub, icra edilən layihələrin gedişi və həyata keçirilən yenidənqurma və inşaat işləri ilə maraqlanıb.

Dövlətimizin başçısı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə yol və nəqliyyat infrastrukturunun, Bayıl qəsəbəsindəki Su İdmanı Sarayının ətrafında həyata keçirilən abadlıq tədbirləri və müxtəlif idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə də tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM