26 Noyabr 2018 13:48
1535
Qəbullar
A- A+

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib.

AZƏRTACxəbər verir ki, Abraham Kuper hələ sovetlər dövründə Azərbaycanda olarkən xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən dini icmaların azad fəaliyyəti üçün şəraitin yaradıldığının şahidi olduğunu dedi. Ravvin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün dini icmaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dinc və sərbəst fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşadığını qeyd edərək, bu ənənələrin çoxəsrlik tarixə malik olduğunu bildirdi və müstəqillik dövründə bu meyilin uğurla davam etdirildiyini, multikulturalizmin dövlət siyasətinin prioritetlərindən biri olduğunu, milli və dini tolerantlığın yüksək dərəcədə təmin edildiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bütün bunlar dövlətin həyata keçirdiyi siyasəti və xalqın iradəsini əks etdirir. Müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə bir ailə kimi dostluq şəraitində yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev onların Azərbaycanın ümumi inkişafına töhfə verdiklərini dedi. Dövlətimizin başçısı ravvin Abraham Kuperin və yevangelist icmasının nümayəndəsi Conni Murun ölkəmizə səfərinin əməkdaşlığın və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video