16 Aprel 2021 22:58
788
DÜNYA
A- A+

Polşa üç rusiyalı diplomatı "persona non-qrata" elan etdi  

Polşa Rusiyanın üç diplomatını "persona non-qrata" elan edib. Bu barədə Polşa XİN-in yaydığı  bəyanatda məlumat verilir: "15 aprel 2021-ci ildə Rusiya Federasiyasının Polşadakı səfiri Polşa XİN-ə çağırılıb. Səfirə Rusiya Federasiyasının Varşavadakı səfirliyinin üç əməkdaşının "person non-qrata" tanınması barədə diplomatik nota verilib. Bu Qərara əsas həmin insanların diplomat statusuna uyğun gəlməyən və Polşaya zərər vuran  hərəkətlər etməsi olub". Bəyanatda vurğulanır ki, "Polşa ABŞ-ın 15 aprel 2021-ci il tarixində Rusiya ilə bağlı siyasətinə dair qəbul etdiyi qərarlarla tam həmrəy olduğunu bildirir. Müttəfiqlərin birgə qəbul etdikləri və razılaşdıqları qərarlar Rusiya Federasiyasının düşmənçi hərəkətlərinə ən düzgün cavabdır".
Cümə axşamı ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Vaşinqton bu məhdudiyyətlər çərçivəsində Rusiyanın Vaşinqtondakı diplomatik missiyasından 10 əməkdaşın göndərilməsi barədə qərar qəbul edib. ABŞ Maliyyə Nazirliyi Rusiyanın dövlət borcuna dair yeni sanksiyalar tətbiq edib.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video