12:27 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Polad Bülbüloğlu: Keçən il bu vaxt yuxumuza da girməzdi ki, bir ildən sonra Şuşada Bülbülün ev-muzeyini bərpa edəcəyik
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
13:11 18.09.2021

 

Keçən il bu vaxt yuxumuza da girməzdi ki, bir ildən sonra Şuşada Bülbülün ev-muzeyini bərpa edəcəyik, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulacaq, Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bayramdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri sentyabrın 18-də jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib.

Şuşaya səfər zamanı Bülbülün ev-muzeyinə də baş çəkən P.Bülbüloğlu deyib: “Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı. Evin iki divarı da çökmüşdü. Tale elə gətirdi ki, mən bura 2007-ci və 2019-cu illərdə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə tamam ayrı hisslər keçirirdik. Öz ata evini dağılmış halda görmək çox çətin bir sınaq idi... Allaha şükür ki, bu günü də gördük. Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün bu il avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM