15:26 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Peyvəndləmədən keçmək və qaydalara riayət etmək mütləqdir

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:03 25.05.2021

 

Azərbaycanın bütün şəhər və rayonlarında COVID-19 pandemiyasına qarşı  peyvəndləmə və dezinfeksiya işləri uğurla davam etdirilir. Artıq bir neçə gündür ki, yaşı 18-dən yuxarı olanlarda da peyvəndləmə aparılır. Əhali arasında peyvəndləmə kütləvi xarakter aldığından, ara məsafəsinə və gigiyenik qaydalara lazımınca əməl olunduğundan yoluxma və ölüm hallarının sayında azalma müşahidə edilir.

Nazirlər Kabinetinin sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Srategiyası”na uyğun olaraq  ölkədə koronavirus əleyhinə vaksinasiyanın birinci mərhələsindən başlayaraq insanlar peyvəndləmə əməliyyatına cəlb olunmuşlar. Artıq nazirlik, komitə, şirkət, idarə və müəssisələrin bir çoxunda peyvəndləmə başa çatdırılıb. Xəstəxana və müəssisələrdə bu iş davam etdirilir. Virusa qarşı immun sistemini gücləndirmək məqsədilə bu aksiyada könüllü iştirak edənlər də çoxdur. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğıları sayəsində əhalinin sağamlığının qorunması istiqamətində peyvəndləmə əhalidə məmnunluq doğurur.

Pandemiyanın yumşaldıcı tələb və tövsiyələrinə, peyvəndləmə əməliyyatına baxmayaraq, ölkə ərazisində bu amansız virusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. Yazın gəlişi bu prosesi daha da sürətləndirib.

Mayın 22-si və 23-ü  şənbə və bazar günləri Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şirvan, eləcə də respublikamızın digər ərazilərində dezinfeksiya işləri aparılıb. İcra hakimiyyətlərinin aidiyyəti struktur bölmələri səhər saatlarından əsas küçə, prospekt və yollarda, eləcə də ətraf kənd və qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirmişlər. Yazın gəlişi və havaların nisbətən isti keçməsi ilə əlaqədar insanların bir neçə saatlığa istirahətə gedə biləcəkləri  park və yaşıllıq guşələrində təmizlik, səliqə-sahman işlərinə diqqət artırılıb. Bu kimi yerlərdə prospekt və meydançalarda, ümumiyyətlə, insanların çoxluq təşkil etdiyi ərazilərdə  işin keyfiyyətli və səmərəli olması nəzərə alınaraq dezinfeksiya tədbirləri iki gün davam etdirilib. Mayın 22-si və 23-də şənbə və bazar günləri Bakı ŞİH-nin yerli strukturları tərəfindən mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və kənd yollarında, habelə yaşayış massivlərinin ətrafında da dezinfeksiya işləri aparılıb. Yaz mövsümi ilə əlaqədar mənzillərin pəncərə və müəyyən havalandırma hissələrinin açıq saxlanıldığı və istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq əvvəlcədən sakinlərə ehtiyatlı olmaq, imkan daxilində küçəyə çıxmamaq barədə xəbərdarlıq edilmişdi. Bu sahədə Bakı şəhəri, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin, eləcə də Bakı şəhəri Mənzil Kommunal Departamenti 1, 2 və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi işçilərinin, habelə Xətai rayonundakı 135 saylı Mənzil Kommunal İstismar Sahəsi işçilərinin fəallığı diqqətçəkən olmuşdur. Nəsimi rayon 59 saylı MKİS-in rəisi Ramil Süleymanovla  paytaxtın Zabitlər parkı kimi tanınan ərazisində iş üstündə görüşdük. O bildirdi ki, MKİS-in işçiləri ötən ayların təcrübəsinə əsasən tapşırılan işə məsuliyyətlə yanaşırlar. Mövsümlə əlaqədar indi əhalinin daha çox üz tutduğu Zabitlər bağında, eləcə də Bakıxanov (köhnə Sevil) parkında oturacaqlarda, gəzinti xətlərində dezinfeksiya və səliqə-sahman işləri aparırıq. Mühəndis Ağabala Haqverdiyevin rəhbərliyi altında Samir Əhmədov, Rəfail  Hüseynov, Həsən Əliyev, Səməd Vurğun, Mərdanov qardaşları, Cəlil Məmmədquluzadə küçələrində növbəti dezinfeksiya işlərini davam etdirmişlər. Sahənin əməkdaşlarından Əlövsət İsmayılov, İlahə Zeynalova, Güləsər Cəfərova, Südabə Məmmədova və digərləri balansımızda olan yaşayış binalarında, liftlərdə, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında xüsusi cədvələ uyğun tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri yüksək səviyyədə həyata keçiriblər. Televiziyadan eşidir və qəzetlərdən oxuyuruq ki, hazırda respublikamızda koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Biz buna  sevinirik. Elə hiss edirik ki, bu dəhşətli virusdan yoluxmanın qarşısının alınmasında bizim də əməyimiz var.

Görünən odur ki, aylardan bəri aparılan dezinfeksiya işlərinə, məsafə gözləmə və gigiyenik qaydalara düzgün əməl edildiyindən və ölkəmizin bütün bölgələrini əhatə etməklə aparılan peyvəndləmə işləri uğurla həyata keçirildiyindən əhali arasında koronavirus infeksiyasına yoluxma və ölüm halları nisbətən azalıb. Buna baxmayaraq, infeksiyanın yayılma sürətini minimuma endirməli, peyvəndləmədə fəallıq göstərməli, yüngülləşdirici qaydaların tətbiqinə ciddi riayət edilməlidir.

Tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin fikrincə, yazın soyuqlu-küləkli günlərində, eləcə də isti havalarda dezinfeksiya işləri lokal xarakter daşıyır. Odur ki, vətəndaşlarımız yumşaldıcı tədbirlərin onlara verdiyi üstünlüklərdən səmərəli istifadə etməklə virusun yayılmasına imkan verməməli, qaydalara mümkün qədər ciddi riayət etməlidirlər. Bu zaman yoluxma halları azalar və aparılan peyvəndləmə müsbət nəticə verər.

Fəsil dəyişməsi zamanı virus infeksiyalarına yoluxma riskinin yüksək olduğunu nəzərə çatdıran professor onu da qeyd etdi ki, bu fəsillərdə soyuqlama zamanı insanlarda qrip xəstəliyinin əlamətləri də müşahidə edilir. Bu halda işlər bir qədər çətinləşir. Bu baxımdan yüngül geyim də kəskin küləkli havalarda qrip, soyuqlama koronavirus xəstəliyini ağırlaşdırır. Odur ki, sağlamlığı qorumaq üçün diqqətli olmaq gərəkdir.

Alim bildirdi ki, qrip xəstəliyi özü xüsusi diaqnoz tələb edir. COVID-19 kimi qrip xəstəliyinə də diaqnoz yalnız PSR müayinəsi əsasında qoyulur: “Lakin əvvəllər də belə olub ki, qripə əlamətlərinə görə klinik diaqnoz qoyulub və bu, xəstəlik vərəqəsində tənəffüs yollarının infeksiyası kimi qeyd edilirdi. Amma COVID-19 diaqnozu klinik deyil, yalnız PSR müayinəsindən sonra qoyulur. Hava-damcı yolu ilə keçən viruslar uşaqdan-böyüyə hamını bu xəstəliyə yoluxdura bilir. Amma bir məsələ daim diqqətdə saxlanılmalıdır ki, insan yoluxduğu zaman səhhətində hər hansı qeyri-adi hal hiss edərsə, tibbi yardım üçün mütləq sahə həkiminə müraciət etməlidir. Hamı nəzərdə saxlamalıdır ki, gigiyenik qaydalara əməl edən insanlara virus az hallarda keçə bilir. Belələri xəstələnmədən virusa qarşı immunitet qazanır. Əgər hansı şəxslərə çox virus keçərsə, immuniteti nə qədər güclü olsa belə, yenə xəstələnib ciddi fəsadlarla qarşı-qarşıya qala bilər.

Bütün bunlar həm də onu diktə edir ki, qaydaları gözləmək və peyvəndləmədən keçmək mütləqdir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM