Pərakəndə ticarət dövriyyəsinin dəyəri 26,4 milyard manat olmuşdur
İlin əvvəlindən ötən 8 ay ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 milyard 460 milyon manatlıq, o cümlədən 14 milyard 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 113,1 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,7, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4, qeyri-ərzaq malları üzrə 3,1 faiz artmışdır.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin yanvar-avqust aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 faizi ticarət müəssisələri, 49,0 faizi fərdi sahibkarlar tərəfindən, 23,3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 24,6 faiz artmış, fərdi sahibkarlar üzrə 0,9 faiz, bazar və yarmarkalarda 9,2 faiz azalmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 330,3, o cümlədən 179,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,2 manatlıq qeyri-ərzaq malları almışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur
25 Aprel
Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində koordinatların dəqiqləşdirilməsi proses...
25 Aprel
Tərəfdaşlıqdan strateji müttəfiqliyə
25 Aprel
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!