22:15 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pediatrlar bəzi uşaqların daha sağlam olmasının sirlərini araşdırıblar
ANA SƏHİFƏ / SƏHIYYƏ
11:11 11.12.2018

Tənəffüs sistemində bakteriya müxtəlifliyi çox olan uşaqların orqanizmi soyuqdəyməyə daha dayanıqlı olur. Alimlərin fikrincə aparılan araşdırmalar nəticəsində əldə olunan bu kəşf viruslar səbəbindən meydana gələn bir sıra xəstəliklərin qarşısını almağa kömək edə bilər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, müşahidələrdən bəlli olduğu kimi tənəffüs sisteminin sağlamlığı üçün mikrofloranın müxtəlifliyi vacibdir. Mütəxəssislər bu nəticəyə 167 uşağın mikroflora nümunələrinin analizləri əsasında gəliblər. Bu təhlillər soyuqdəymənin ilk simptomları görüldükdə və təkrar olaraq üç həftə sonra aparılıb.

Nəticələrdən bəlli olub ki, tənəffüs sistemində bakteriya müxtəlifliyi virus infeksiyalarından daha tez sağalmağa kömək edir.

Eyni zamanda mütəxəssislər onu da qeyd ediblər ki, mütəmadi olaraq soyuqdəymədən əziyyət çəkən uşaqlarda gələcəkdə astma yaranma ehtimalı çox yüksəkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM