18:15 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsi haqqında

ANA SƏHİFƏ / QANUNLAR
02:07 06.01.2021

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 Maddə 1. Büdcənin ümumi göstəriciləri

Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5 146 030 160,0 manat məbləğində təsdiq edilir.

 Maddə 2. Gəlirlər

 Müəyyən edilsin ki, 2021-ci ildə  dövlət sosial müdafiə fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

 

Gəlirlərin mənbələri

Məbləğ

(manatla)

 1.

Məcburi dövlət sosial sığorta haqları, cəmi

o cümlədən:

 

3 502 499 210,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

1 183 982 341,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

 

161 452 137,0

1.3.

qeyri-büdcə sektoru üzrə

o cümlədən:

 

2 157 064 732,0

1.3.1.

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

üzrə

 

60 000 000,0

 2.

Sair gəlirlər, cəmi

o cümlədən:

 

12 000 000,0

2.1.

sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar

 

2 060 000,0

 3.

Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait

 

 

1 631 530 950,0

 

Maddə 3. Xərclər

 Müəyyən edilsin ki, dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

 

Xərclərin istiqamətləri

Məbləğ

(manatla)

 1.

Əhaliyə ödənişlər üzrə xərclər

5 004 790 000,0

1.1.

əmək pensiyalarının ödənilməsi xərcləri

4 880 040 000,0

1.2.

məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri

 

124 750 000,0

1.2.1.

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

32 670 000,0

1.2.2.

hamiləliyə və doğuma görə

40 050 000,0

1.2.3.

uşağın anadan olmasına görə

11 800 000,0

1.2.4.

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar

16 170 000,0

1.2.5.

dəfn üçün

24 060 000,0

 2.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər

 

 

 

20 500 000,0

 3.

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri

 

 

 

 

 

32 580 000,0

 4.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri

 

 

87 500 160,0

 5.

Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri

 

60 000,0

5.1.

Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

 

30 000,0

5.2.

Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

 

 

30 000,0

 6.

Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixində imzalanmış “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri

 

 

 

 

 600 000,0

 

 Maddə 4. Qalıqlardan istifadə

Dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil olmadıqda, dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır.

 Maddə 6. Qanunun qüvvəyə minməsi

 Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2020-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM