15:48 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Payız depressiyasının səbəbləri və xilas yolları
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:41 27.09.2021

 

Təbiətdə baş verən fəsil dəyişikliyi, günəş işığının azalması, havaların soyuması, arxada qalan yay xatirələri, romantik duyğular qəmgin ovqat yaradır, əhval-ruhiyyən aşağı düşməsinə səbəb olur. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və həvəsin azalması kimi hisslər gətirir. Payız depressiyası həmin hisslərin təsiri nəticəsində yaranır.

Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv halların daha çox müşahidə edildiyini söyləyirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın AZƏRTAC-a verdiyi məlumata görə, Günəş işığının azalması depressiyanı yaradan əsas səbəblərdən biridir: “Payız fəslində bəzi insanlarda həssaslaşma, hətta depressiv hallar da baş verir. Həmin hal fiziki passivliyi olanlar, oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əmək sərf edənlərdə müşahidə olunur. Qəm-qüssə, hər şeyə marağın itməsi, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, iştahanın dəyişməsi-artması və ya olmaması payız depressiyasının əlamətləri hesab olunur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca onlar yatmağa daha çox meylli olurlar. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar. yaşla əlaqədar depressiyaya da düşmək halları da olur”.

Psixoloqun fikrincə, depressiyadan xilas olmaq üçün ilk növbədə günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır: "Çox mühüm məsələlərdən biri dörd divar arasında qapanıb qalmamaq, dost və yaxınlara vaxt ayırmaqdan ibarətdir. Kafedə yaxın dostlarla içilən bir fincan çay bəzən bir psixoloqun seansını əvəz edə bilər. Ovqatı yaxşılaşdıran məsələlər haqqında düşünmək və onları həyata keçirməyə çalışmaq lazımdır. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir”.

Həmsöhbətimiz daha sonra deyib: “Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır. Səhərlər bir-iki fiziki hərəkət etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir”.

Qəmgin və üzüntülü vəziyyət uzun müddət narahat edəndə onun səbəblərini araşdırmaq və həyat eşqini artırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM