23 Sentyabr 2011 12:09
409
Mədəniyyət
A- A+

Parisdəki beynəlxalq sərgidə Azərbaycan guşəsi böyük maraq doğurmuşdur

 

Parisin "Port de Versay" sərgi salonunda turizmlə bağlı növbəti beynəlxalq sərgi açılmışdır. Sərgidə dünyanın 150 ölkəsindən 1200-dən artıq turizm şirkəti iştirak etmişdir. Belə mötəbər sərgidə Azərbaycan altı turizm şirkəti ilə təmsil olunmuşdur. 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xarici  turizm  sektorunun müdiri Səbinə Zadiyeva beynəlxlaq  sərgi ilə bağlı azərbaycanlı jurnalistlərə verdiyi müsahibədə demişdir: Ötən illə müqayisədə bu il keçirilən sərgidə "Geo travel", "İpək yolu", "Baktur", "Milenium turizm", "Reqena" və "SW travel" kimi şirkətlər ölkəmiz, onun turizm potensialı, bu sahəyə investiya yatırımı və digər sahələr barədə belə beynəlxalq tədbirə gələnlərdə ətraflı təsəvvür yaratmaq üçün çox işlər görmüşlər. Ölkəmiz üçün ayrılmış guşənin böyüklüyü bunu sübut edir.

Azərbaycan bu cür beynəlxlaq sərgidə üçüncü dəfə iştirak etməsinə baxmayaraq, ölkəmizə maraq göstərənlərin sayı ildən-ilə artır.

Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Sərgi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı keçiriləcəkdir. Təqdimat zamanı ölkəmizin tarixi, zəngin mədəniyyəti, turizm imkanları və onun inkişafı haqqında ətraflı məlumat veriləcəkdir. Eyni zamanda,  beynəlxalq turizm bazarına yeni turizm marşrutları vasitəsilə inteqrasiya edirik. Biz tədbir zamanı üç yeni beynəlxalq turizm marşrutu təqdim etməyi planlaşdırmışıq: "Aleksandr Düma Qafqazda", "Şərab yolu" və bizim üçün yeni, amma dünyada artıq populyar olan "Bir Mariya" kimi marşrutlar bu qəbildəndir.

Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov söhbət əsnasında bildirmişdir ki, Azərbaycan Mədəniyyət və Turzim Nazirliyinin apardığı əməli işlərin nəticəsidir ki, son zamanlar ölkəmizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Nazirlik daha çox əcnəbi turist cəlb etmək məqsədilə müxtəlif ölkələrin müvafiq nazirlikləri, turizm şirkətləri ilə danışıqlar aparır, müqavilələr bağlayır. Parisə bu səfərimiz, beynəlxalq sərgidə iştirakımız uğurlu olmuşdur. Mərkəzimizlə Fransa Turizm İnstitutu arasında beynəlxalq əlaqələrin qurulması  barədə müqavilə imzalanmışdır. Tərəflər arasında əldə edilmiş razılığa görə, əməkdaşlıq qurulması, ölkəmizdə turizmin inkişafı  ilə bağlı  proqramların həyata keçirilməsində Fransa Turizm İnstitutunun əldə etdiyi qabaqcıl təcrübədən istifadə edilməsi imkanları nəzərdən keçirilmişdir.

Fransa Turizm İnstitutu ilə bağlanmış müqavilə nəinki ölkəmizdə turizmin inkişafına yeni təkan verəcək, eyni zamanda, fransız turistlərin Azərbaycana səfərlərinə müsbər təsir göstərəcəkdir.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizə dair müxtəlif bukletlər, onun tarixi və mədəniyyətini, zəngin abidələrini, gözəl təbiətini əks etdirən kitabçalar və digər əyani vəsaitlər sərgiyə gələnlərin diqqətini daha çox cəlb edir, onlarda böyük maraq oyadır.

Azərbaycan muğamı və milli rəqslərimizin ifası sərgiyə gələnlərdə xoş təəssürat yaradırdı. Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video