18 Sentyabr 2021 11:57
478
Mədəniyyət
A- A+

Parisdə Azərbaycan Milli Musiqi Günü qeyd edilib

 

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə 18 sentyabr - Milli Musiqi Günümüz qeyd edilib. Sentyabrın 18-i həm də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümüdür.

AZƏRTAC xəbər verir ki, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş virtual konsertdə Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin musiqiləri səsləndirilib.

Azərbaycan Dövlət Himni ilə başlayan virtual konsertdə pianoçu Etibar Əsədli böyük bəstəkarın “Arşın mal alan” operettasından “Qızların xoru”, böyük mütəfəkkir və şair Nizami Gəncəvinin əsərlərindəki obrazlara uyğun olaraq bəstələnən “Sənsiz” və “Sevgili canan” musiqilərini, həmçinin “Arazbarı” və “O olmasın, bu olsun” operettasından musiqiləri pianoda səsləndirib.

Üzeyir Hacıbəyli ölkəmizdə musiqini tədris etməyə, klassik və xalq musiqisini öyrənərək bədii xüsusiyyətlərini meydana çıxarmağa, müxtəlif musiqi kollektivləri yaratmağa nail olmuşdur. O, böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi tanınıb.

Xatırladaq ki, Maestro Niyazı Üzeyir Hacıbəylinin vəfatından sonra hər il onun doğum günündə konsertlər təşkil etməklə bayram kimi qeyd edilməsi ənənəsinin əsasını qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəylinin anadan olduğu gün - sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video