Paralimpiyamızı zəfərə səfərbər edən Prezidentin idmana verdiyi dəstəkdir
Xəbər verildiyi kimi, milli Paralimpiya komandamız Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarını 14-ü qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla 19 medalla başa vurmuşdur. Azərbaycan 163 ölkənin qatıldığı bu oyunlarda qazanılan nəticələrə əsasən 10-cu pillədə qərarlaşmışdır. Paralimpiyamız bununla öz tarixində görünməmiş böyük qələbələrə, tarixi rekorda imza atmış və Azərbaycan Paralimpiyası idmanın ən yüksək zirvələrini fəth etmək gücünü dünyaya göstərmişdir.
Bu qələbələr Azərbaycanın həm də paralimpiyanın inkişaf etdiyi ölkə olduğunu bir daha dünyaya göstərdi. Eyni zamanda ölkəmizdə paralimpiyanın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyinin və bu dəstəyə qarşılıq idmançılarımızın yenilməz mübarizə əzminin məntiqi nəticəsi oldu.
Sentyabrın 6-da Prezident İlham Əliyevin Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi, eləcə də milli Paralimpiya komandamızın üzvlərinin təltif olunmasına dair sərəncamlar imzalaması da paralimpiyaçılara göstərilən yüksək diqqətin, onların qələbələrinə verilən böyük dəyərin bir təzahürüdür.
Hələ ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə formalaşan milli paralimpiya hərəkatı elə ilk vaxtlardan dövlət qayğısı ilə əhatə olunub. Bu qayğıkeşlik, idmanımızı, paralimpiyamızı zəfər yoluna səfərbər edən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilib. Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, əlilliyi olan şəxslərin idmana marağının artırılması, idmana cəlbi və paralimpiyanın inkişafı sahəsində ardıcıl və kompleks tədbirlər görülüb və görülməkdə davam edir.
Belə mühüm tədbirlərdən biri kimi 2008-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində MDB məkanında ilk dəfə beynəlxalq standartlara uyğun Paralimpiya İdman Kompleksinin açılışı olub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən bu kompleks paralimpiyaçılarımızın böyük qələbələrə nail olmaları üçün yüksək səviyyədə təlim-məşq prosesi keçmələrində mühüm rola malikdir. Tokioda Yay Paralimpiya Oyunlarında parlaq qələbələr qazanan idmançılarımızın böyük əksəriyyəti də bu kompleksdə hazırlıq prosesi keçib.
Dövlət başçısı paralimpiyaçılarımızı daim diqqət mərkəzində saxlayaraq onlarla tez-tez görüşür, paralimpiyadada yüksək nailiyyətlər əldə etmələri üçün hər bir qayğıkeşlik göstərir. XVI Yay Paralimpiya Oyunları zamanı da bunun bir daha şahidi olduq: Tokioda qələbə qazanan idmançılarımızı Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər dəfə təbrik edirdilər ki, bu da paralimpiyaçılarımızı növbəti və daha böyük zəfərlərə ruhlandıran güclü mənəvi dəstək olurdu.
Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər arasında idmanın təbliğinə, onların idmana aktiv şəkildə cəlb edilməsinə yönələn tədbirlər həyata keçirilməklə yanaşı, Milli Paralimpiya Komitəsinə illik əsasda maliyyə dəstəyi də ayrılır. Son 3 ildə bu vəsaitin məbləği 2 dəfə artırılaraq 2,2 milyon manatı ötüb.
Qeyd edək ki, bundan əvvəlki 6 Yay Paralimpiya oyununda (Atlanta, Sidney, Afina, Pekin, London, Rio de Janeyro) milli komandamız cəmi 9 qızıl medal qazanmışdısa və 7 nəfər Paralimpiya çempionu olmuşdusa, Tokio Paralimpiya Oyunlarında qazandığı qızıl medalların sayı 14 oldu. Digər tərəfdən Azərbaycan yığması yeni dünya və paralimpiya rekordu müəyyən etdi, 2 idmançı dünya rekordunu, 1 idmançı isə paralimpiya rekordunu təzələdi. İlk dəfə olaraq bir idmançımız üçqat Paralimpiya çempionu kimi adını tarixə yazdı.
Maraqlı və həm də fərəhli məqamlardan biri də Azərbaycan paralimpiya yığmasının cüdoçularının bu idman növünün vətəni sayılan Yaponiyada bütün rəqiblərini üstələyərək qələbə qazanmaları oldu. Həmçinin Azərbaycan “Tokio-2020” Paralimpiya Oyunlarını qızıl medalların sayına görə 10-cu pillədə başa vurdu ki, bu da indiyədək ölkəmizin bu oyunlarda tutduğu yerlərdən (Atlantada yer tutmayıb, Sidneydə 60-cı, Afinada 45-ci, Pekində 38-ci, Londonda 27-ci, Rio de Janeyroda 47-ci yer) əhəmiyyətli dərəcədə yüksəkdir.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
NATO İlham Əliyevin yaratdığı reallıqları qəbul edir
19 Mart
32 illik uğurlu tərəfdaşlıq
19 Mart
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək
19 Mart
Həqiqət və ədalət platforması
19 Mart
Parçalanmış dünyanın bərpasına töhfə
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!