06:46 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pandemiyaya qarşı mübarizə ciddi məsuliyyət tələb edir

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:34 15.04.2021

 

Təəssüf ki, hələ də karantin qaydalarına laqeydliklə yanaşanlar var

 

Azərbaycan özünün iqtisadi gücünü artırdıqca, sosial təminat, o cümlədən insanların sağlamlığının müdafiəsində təxirəsalınmaz tədbirlərin həyata vəsiqə alması vətəndaş-hakimiyyət birliyinin sarsılmaz əsaslarına çevrilir.

Son illərdə ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlar vətəndaşların sağlamlığının etibarlı qorunmasında mühüm amilə çevrilməkdədir. Paytaxt Bakıdan başlayan islahatlar regionlarda da özünün təsirini göstərdi. Bu gün  respublikamızın elə bir bölgəsi yoxdur ki, orada müasir sağlamlıq və tibbi diaqnostika mərkəzləri, həmçinin modul tipli xəstəxanalar əhalinin xidmətində dayanmasın.

Bir ildən artıq müddətdir ki, dünyanı, o cümlədən ölkəmizi bürüyən COVID-19 koronavirus pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı və qarşılayıcı profilaktik tədbirlər, eləcə də stasionar və ambulator müalicələrin səmərəliliyni də bura əlavə etsək, insan amilinin Azərbaycanda əsas prioritetlərdən olduğunu söyləyə bilərik.

Artıq xeyli vaxtdır ki, ailə həkimi kimi fəaliyyət göstərən İradə Sadıqova da məhz xalqımızın sağlamlığı keşiyində dayanan ağxalatlı şəfaverənlərin əməyinin əvəzsiz olduğuna, dövlətimizin isə bu sahədə üzərinə düşənləri artıqlaması ilə yerinə yetirdiyinə dair fikirlərini bizimlə bölüşdü: “Sağlamlıq yaradanın insana verdiyi ən dəyərli, əvəzi olmayan şirin nemətidir”. Belə fikirlərlə böyüyən hər kəs həyatı boyu çalışır ki, sağlamlığını əldən verməsin. Bunun üçün dövlət sağlamlıq proqramları çərçivəsində mümkün olan bütün vasitələrdən istifadə edir. Konkret olaraq öz ölkəmizə gəlincə, dövlət müstəqilliyinin bərpasından sonra bu sahədə baş alıb gedən hərc-mərcliyə və xaosa məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışından sonra son qoyuldu. O çətin günlərdə respublikanın iqtisadi cəhətdən dirçəldilməsi, Ermənistanın təcavüzünə son qoyulması, nəhayət, insanların sabaha inamını bərpa etməsi kimi həyati vacib məsələlər diqqət mərkəzində saxlanıldı...”

Hazırda ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı son durumun heç də ürəkaçan olmadığını söyləyən həkim insanların daha çox məsuliyyət daşımasının vacibliyini xüsusi vurğuladı: “...Bilirsiniz, son bir ildə dünyada koronavirusla mübarizə ölkələrin səhiyyə sistemində çalışan personalı da çətin vəziyyətə salıb. Hamı səfərbər olub və pandemiyanın qarşısının alınmasına çalışır. Bu, əlbəttə, təbiidir. Epidemiyadan pandemiyaya keçən COVID-19 dünyanı çənginə alıb. Buna görə də əsas diqqət ona qalib gəlməyə yönəldilib. Şükürlər olsun ki, artıq peyvənd üçün vaksinlər  əlçatandır, baxmayaraq ki, dünyada bu sahədə də ədalətsizlik hökm sürür. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bu barədə videoformatlı beynəlxalq konfranslardakı çıxışlarını eşitmişik. Dövlət başçısının belə humanist çıxışları dünya xalqları tərəfindən birmənalı şəkildə alqışlanır. Bu da Azərbaycan Prezidentinin humanst xarakterli olmasının bariz nümunəsidir. Xalqlara, eləcə də vaksini almağa imkanı olmayan dövlətlərə qarşı ədalətsiz mövqeyi nümayiş etdirənlərə kəskin etiraz məhz bizim dövlət tərəfindən göstərildi. Bu, bəşəriyyətin sağlamlığına qarşı laqeydliyə son qoymaq istəyidir. Azərbaycanın dövlət başçısı peyvəndlərin paylanmasında ədalətli olmağa çağırış etdi. BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə qəbul edilib”.

Cənab Prezident çıxışlarının birində qeyd etdi ki, Azərbaycan həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub: “Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmasını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq... Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk”.

Həkimin qeyd etdiyi kimi, ölkəmizdə vaksinasiyanın yeni mərhələsi də uğurla davam etdirilir. Doğrudur, son həftə koronavirusa yoluxmaların və ölüm hallarının artması müşahidə olunmaqdadır və bu, narahatlıq doğurmaya bilməz. Beynəlxalq KİV-dən alınan məlumatlardan da göründüyü kimi, bu, pandemiyanın yeni ştammı ilə əlaqəlidır. Dünyanın bir çox ölkələrində, hətta azyaşlıların da yoluxmaya məruz qalması müşahidə edilir.

Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, pandemiyanın lap əvvəlindən Azərbaycanda vəziyyət nəzarətdə saxlanılır. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Pandemiyanın ilk aylarında ölkəmizdə 10-dan çox modul tipli yeni xəstəxana yaradılıb. Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik.

Lakin bütün bunların qarşılığında ölkəmizdə bəzi vətəndaşların pandemiyanın qarşısının alınmasında həyata keçirlən tədbirlərdə yaxından iştirak etməməsi, üstəlik, Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in tövsiyə etdiyi qaydalara qeyri-ciddi yanaşmaları, bu azmış kimi, qanunların kobud şəkildə pozulması bağışlanılmazdır. Unutmayaq ki, biz Vətən müharibəsində birlikdə qalib gəlməyi bacarmışıq! Gözəgörünməz bəladan da xilas yolu yalnız birliyimiz və həmrəyliyimizdir. Qanunun aliliyi bu sahədə də qorunmalıdır. Marşrut avtobuslarındakı sıxlıq, gizli-gizli keçirilən nişan və toy, yaxud yas mərasimləri pandemiyanın ömrünü uzatdığı üçün hər birimizin həyatına da təhlükədir. Dezinformasiyalara inanmayıb tələb olunan sağlamlıq qaydalarına əməl edək.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM