09 Aprel 2021 12:59
701
İQTİSADİYYAT
A- A+

Pandemiya dövründə mehmanxana fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə vergi güzəşti tətbiq olunurmu?

 

Pandemiya dövründə mehmanxana fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin gəlirlərinə vergi güzəşti tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə 222-225-ci maddələrdən ibarət “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilib. Eyni zamanda, qeyd olunan fəaliyyət növləri də Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilib.

Belə ki, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti müvəqqəti vergi rejiminin tətbiq edildiyi fəaliyyət növlərinə aid edilb. Bununla yanaşı, koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları istisna olmaqla) müvəqqəti vergi rejiminin tətbiq edildiyi fəaliyyət növlərinə aid edilib.

Göründüyü kimi, mehmanxana və mehmanxana tipli digər obyektlərin fəaliyyəti müvəqqəti vergi rejiminin tətbiq edildiyi ayrıca fəaliyyət növü kimi təsbit edilib və müvəqqəti vergi rejiminin tətbiqi zamanı dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanlarının istisna edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini həyata keçirən şəxslərə münasibətdə müəyyən edilib.

Qeyd olunanlara əsasən, mülkiyyət növündən asılı olmayaraq əsas fəaliyyət növü mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi olan vergiödəyicilərinə Vergi Məcəlləsinin XVIII fəsil ilə müəyyən edilmiş vergi azadolma və güzəştləri tətbiq olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video