14 Iyul 2021 10:29
1350
DÜNYA
A- A+

Pandemiya dövründə dünyada aclıqdan əziyyət çəkənlərin sayı xeyli artmışdır

 

COVID-19 pandemiyası başladığı dövrdən bəri aclıqdan əziyyət çəkənlərin sayı xeyli artmışdır. Bununla bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı rəsmi saytında hesabat təqdim etmişdir. 
Sənəddə qeyd olunur ki, 2020-ci ildə dünyada aclıq problemi xeyli kəskinləşmişdir. Buna əsas səbəb COVID-19 pandemiyasıdır. Məsələn, ötən il dünya əhalisinin təxminən onda bir hissəsi (təqribən 811 milyon nəfər) aclıqdan əziyyət çəkmişdir. Halbuki 2019-cu ildə bu göstərici təxminən 8,4 faiz olmuşdur.
Hesabata əsasən, aclıqdan əziyyət çəkənlərin 418 milyonu Asiyada, 282 milyonu Afrikada yaşayır. Təxminən 60 milyon nəfər isə Latın Amerikası və Karib adalarının payına düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video