02:46 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pakistanda «Azərbaycan-Pakistan münasibətləri - çağırışlar və imkanlar» adlı kitab nəşr olunmuşdur
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:01 10.01.2012

 

Pakistanın nüfuzlu ingilis və ərəbdilli  "Diplomatic İnsight" jurnalı tərəfindən "Pakistan-Azərbaycan  münasibətləri - çağırışlar və imkanlar" adlı kitab nəşr edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, nəşrin giriş hissəsində iki qardaş dövlət arasında münasibətlərə, ölkə liderlərinin qarşılıqlı səfərlərinə, beynəlxalq arenadakı əməkdaşlığa, habelə ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinə verdiyi töhfələrdən bəhs olunmuşdur.  

Kitabda Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ölkəmizə verdiyi birmənalı dəstək və Ermənistanı bir dövlət kimi tanımaması faktı müəlliflər tərəfindən xüsusi vurğulanmışdır.  

Nəşrdə Azərbaycanın qədim və müasir tarixindən, dövlət müstəqilliyinin bərpasından və bu sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açılmışdır. Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayrılmışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərin süni şəkildə yerləşdirilməsi tarixi və keçən əsrin sonlarından başlayaraq onların bu ərazini Azərbaycandan qopararaq Ermənistana birləşdirmək niyyətində olduqları qeyd edilmişdir. Müəlliflər münaqişənin incəliklərini açıqlamış, BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan ermənilərin işğalçı siyasətlərini davam etdirdiklərini bildirmiş, azərbaycanlıların bununla heç vaxt barışmayacağını və doğma torpaqlarını azad etmək əzmində olduqlarını qeyd etmişlər.

Kitabda həmçinin Prezident İlham Əliyevin fəaliyyətindən, ölkədə aparılan köklü islahatlardan geniş bəhs olunmuşdur. Azərbaycanın  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü də daxil olmaqla ölkəmizin bir çox nüfuzlu beynəlxalq təşkilatlara üzv olması nəşrdə xüsusi qeyd edilmiş, respublikamızın beynəlxalq arenada gündən-günə artan siyasi nüfuzundan söz açılmışdır. Ölkəmizin qısa müddət ərzində əldə etdiyi iqtisadi nailiyyətlərdən də bəhs olunan kitabda, enerji layihələrindən və sosial sektorun inkişafına göstərilən dövlət qayğısı barədə məlumatlar verilmişdir.

Nəşrdə Azərbaycan-Pakistan münasibətlərinin dinamikasına, əlaqələrin siyasi və iqtisadi məqamlarına xüsusi yer ayrılmış, 1991-ci ildən etibarən qarşılıqlı səfərlər, qəbul olunmuş qərarlar nəzərdən keçirilmişdir. Bundan əlavə, kitabda ölkəmizin Pakistanın çətin günündə daim yanında olduğu xüsusi vurğulanmış, 2005-ci, 2010-cu və 2011-ci illərdə Pakistanda baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan tərəfindən edilən humanitar yardımlardan, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində tikilmiş qızlar məktəbindən söz açılmışdır.

Kitabda Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər və tövsiyələr də yer almışdır.

Azərbaycan və urdu dillərində  nəşr ediləcək nəşrin tam mətnini bu linkdən oxumaq olar:

http://azembassy-pakistan.com/wp-content/plugins/page-flip-image-gallery/popup.php?book_id=2



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM