13 Iyun 2021 00:26
985
Səhiyyə
A- A+

Padşahların ağız dadı

 

Əsrlərboyu kürü padşahların, sultanların xoşuna gələn və süfrələrini bəzəyən dəyişilməz dad olub. Bu qidanın Osmanlı saray mətbəxi mədəniyyətində də bol olduğu bilinir...

Kürü müxtəlif balıq növlərinin yumurtalarından alınan faydalı qidadır. Dünyada Xəzər dənizindəki nərə balıqlarından əldə edilən kürü ən yüksək keyfiyyətli sayılır.

Ənənəyə görə əsasən səhər yeməyində istehlak edilən kürünün qara və qırmızı olan iki əsas növü var. Qara kürü nərə balığından, qırmızı kürü isə qızıl balıqdan alınır. Mütəxəssislər cüzi fərqlə hər iki kürü növünün qidalandırıcı, bərpaedici, gücləndirici və gündəlik performansı artırmaqda əvəzolunmaz olduğunu  söyləyirlər.

Balıq yumurtası olması səbəbiylə kürünün ən əhəmiyyətli faydası təbii protein deposu olmasıdır. Tərkibindəki B12 vitamini sayəsində hafizəni və beyni gücləndirir, unutqanlıq yaşayanlarda bu problemi aradan qaldırır.

Eyni zamanda kürü sözün əsl mənasında qocalma əleyhinə gənclik iksiridir. O, dəridəki qırışları aradan qaldırmaq üçün hazırlanan kosmetik məhsullarda tez-tez istifadə olunur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video