01 May 2014 09:05
816
Səhiyyə
A- A+

Özünü yeniləmə bacarığına malik yeganə orqan: Qaraciyər

500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyər hüceyrələrienerji üçün ehtiyacları olan şəkər olmadıqda hansı metoddan istifadə edirlər?

İnsan orqanizmi öz-özlüyündə bir aləm, sanki bir şəhərdir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, kanalizasiya sistemləri, üstün texnologiyalardan daha mükəmməl cihazlar, şüurlu davranan hüceyrələr, öz sahəsində peşəkarlaşmış mütəxəssislər (hüceyrələr, hormonlar, ifrazat vəziləri), tam təchizatlı əsgərlər və s. mövcuddur. Bu qüsursuz yaradılmış aləmin içində Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və orqanlar yaratmışdır. Sağlam bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir.

 Qaraciyərin təqlidedilməz funksiyaları

Qan dövranı sistemində mükəmməl filter funksiyasını yerinə yetirir: suda həll olan, orqanizmin tullantıları olan sadə maddələr böyrəkdə təmizlənir, dərmanlar və hormonlar kimi mürəkkəb kimyəvi quruluşlu tullantıları isə ancaq qaraciyər təmizləyir. Qaraciyər olmasaydı və ya bu xüsusiyyətindən məhrum olsaydı, sözügedən kimyəvi tullantılar orqanizmdə ciddi zəhərlənmələrə səbəb olardı.

Orqanizmin enerji mənbələrini əmələ gətirir: qaraciyərin xüsusiyyətlərindən biri də orqanizmin ən mühüm enerji mənbəyi olan qlükozanı hazırlamasıdır.

Normal qidalanma əsnasında qəbul edilən qlükoza qlükogenə çevrilərək qaraciyərdə depolanır. Qaraciyər qandakı qlükozanı daima tənzimləyir. Yemək yemədikdə və qandakı qlükozanın miqdarı düşdükdə qaraciyər depoladığı qlükogeni yenidən qlükozaya çevirərək qana verir. Beləliklə, qandakı qlükoza səviyyəsinin həddindən artıq düşməsinin qarşısı alınır. Qaraciyər yağ turşuları və amin turşularından qlükoza hazırladığı kimi enerji istehsalında istifadəsi mümkün olmayan digər karbohidratları da qlükozaya çevirə bilir. Orqanizmin kifayət qədər enerjisin olub-olmadığını dəqiq yoxlayır. Bunun üçün xüsusi xəbərləşmə sisteminə malikdir. Orqanizmdəki bütün orqanlar qaraciyərlə əlaqəlidir.

İmmun sistemini lazımi maddələrlə təchiz edir: Qaraciyər təkcə qidalanma və maddələr mübadiləsi prosesində əmələ gələn artıq maddələri təmizləmir, eyni zamanda immun sistemi maddələri olan qlobulinləri və damar təmir qrupları olan fermentləri də hazırlayır. Bu maddələr insan orqanizmi üçün həyati əhəmiyyətə malikdir.

Qanı depolayır: Qaraciyər genişlənən və ya kiçilən quruluşa malikdir. Bu xüsusiyyəti sayəsində qan damarlarındakı qanı depolayır və ya buraxır.

Qaraciyər sağlam orqanizmdə ümumi qanın 10%-ni, yəni 450 ml qanı depolaya bilir. Bəzi hallarda, məsələn, ürək çatışmazlığı zamanı orqanizmdə dövr edən qan miqdarı ürəyin işinə çətinlik törədir. Bu halda qaraciyər qan saxlama həcmini iki dəfə artıraraq əlavə 1 litr qan depolayır. Beləliklə, ürəyin işinə kömək edir.

Orqanizmdə qan ehtiyacı artdıqda isə (məsələn ağır idman hərəkətləri zamanı) qaraciyər depoladığı qanı buraxaraq qan ehtiyacını təmin edir.

Bakteriyaları təmizləyir: Qaraciyərdəki Kupffer hüceyrələri qaraciyərdən keçən, xüsusilə də bağırsaqlardan gələn qandakı bakteriyaları udur. Kupffer hüceyrələri qandakı zərrəciklər və ya tullantı maddələr artdıqda bunları qandan təmizləmək üçün saylarını artırır.

Qənaətlə işləyir: Əzələlərdə qlükoza sərf edildikdə maddələr mübadiləsinin tullantı maddəsi olan laktik turşu (süd turşusu) əmələ gəlir. Bu turşu əzələdə qaldıqda ağrı verir və əzələnin işləməsinə mane olur. Qaraciyər bu turşunu əzələlərdən toplayır və yenidən qlükozaya çevirir.

Yeni eritrosit hazırlayır: Qaraciyər və dalaqda ölmüş eritrositlərin əvəzinə yeniləri əmələ gəlir, zülalların böyük qismi parçalanır və amin turşuları kimi yenidən müxtəlif məqsədlər üçün istifadə edilir.

Orqanizmin ən təkmil anbarıdır: Qaraciyər bütün mineralları, zülalları, az miqdarda yağı və vitaminləri özündə saxlayır. Bundan əlavə, qaraciyər orqanizmdə mühüm funksiya yerinə yetirən dəmirin də saxlandığı orqandır. Lazım gəldikdə saxladığı maddəni qısa yolla lazımi yerə göndərir.

Yuxarıda qaraciyərin funksiyalarından bir neçəsini sadaladıq. Bir qaraciyər hüceyrəsi təxminən 500-dən çox funksiya yerinə yetirə bilir. Bu funksiyalar da ardıcıllıqla deyil, çox vaxt eyni anda həyata keçirilir.

 Qaraciyərin süngərəbənzər quruluşu

Qaraciyərin əsas vəzifəsi qan vasitəsilə qəbul etdiyi qida maddələrini emal etmək olduğu üçün quruluşu da qanı saxlamağa uyğun olmalıdır. Elə buna görə qaraciyər süngərəbənzər quruluşa malikdir. Hətta insan orqanizmdəki ümumi qanın 800-900 qramı qaraciyər tərəfindən udulur. Bu səbəbdən ağırlaşan qaraciyərin orqanizmdəki xüsusi yeri, digər orqanlara zərər verməyən və funksiyalarını tam yerinə yetirməsinə imkan verən şəkildə əzəli və əbədi varlıq olan, hər şeyi bilən və hər şeyə gücü çatan Uca Rəbbimiz tərəfindən yaradılmışdır.

 Qaraciyərin öz-özünü yeniləmə qabiliyyəti

Qaraciyər insan orqanizmindəki öz-özünü yeniləmə bacarığına malik yeganə orqandır. Qaraciyərin 70%-i kəsilib götürülsə, bir-iki həftə ərzində yenidən bütövləşir.

Qaraciyərin regenerasiya (öz-özünü yeniləmə) fəaliyyətini hansı mexanizmlərin həyata keçirdiyi hələ də araşdırılır. Qaraciyərin bu xüsusiyyəti ilk dəfə 1931-ci ildə Mayo Klinikasında iki cərrahın tədqiqatları nəticəsində aşkar edilmişdir. Bu sistemdə heyranedici cəhətlərdən biri qaraciyər hüceyrələrinin ağlasığmaz sürətlə bölünməsi və eyni anda normal funksiyalarını da ləngimədən yerinə yetirmələridir. Daha da təəccüblü budur ki, lazımi ölçüyə çatdıqda hüceyrələrə bölünmənin dayandırılması üçün ortaq qərarla ani surətdə son verilməsidir. Burada aşağıdakı suallar çıxır:

Hüceyrələr çoxalma zamanı nə qədər davam etməli olduqlarını və nə vaxt bölünməni dayandıracaqlarını necə bilirlər?

Onlara bölünmə və dayanma əmri haradan verilir?

Əgər bir yerdən “dur” əmri almırlarsa, digər orqanlara mane olmayacaq dərəcədə böyüməyə özləri qərar verirlər?

Şübhəsiz, şüursuz hüceyrələr bu işlərdən birini belə edə bilməz. Bu möcüzəvi prosesi əvvəlindən sonuna qədər yaradan və tənzimləyən, lazımi əmrləri verən Allahdır. Qurani-kərimdə yer üzündə qarşılaşdığımız hər sistemin və varlığın işini Allahın idarə edib yoluna qoyduğu bildirilir və insanın bu elmi araşdırıb düşünməyə təşviq edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video