06:17 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Özbəkistanda növbəti prezident seçkilərinin tarixi müəyyənləşib
 
ANA SƏHİFƏ / DÜNYA
17:42 15.04.2021

 Özbəkistanda növbəti prezident seçkilərinin oktyabrın 24-də keçirilməsi ilə bağlı qərar qəbul olunub.

AZƏRTAC Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinə istinadla xəbər verir ki, MSK seçkilərə hazırlıqla bağlı əsas tədbirlər proqramını da təsdiq edib.

Proqram əhalinin hüquqi sahədə maarifləndirilməsini, seçkilərdə vətəndaşların fəallığının artırılmasını, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə olunmasını nəzərdə tutur.

Bildirilir ki, prezident seçkilərinədək MSK üzvləri üçün treninqlər, seminarlar, konfranslar, dəyirmi masalar da keçiriləcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM