13:54 08 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Özbəkistan portalı ermənilərin Azərbaycanın mədəniyyət və dini abidələrini dağıtmasından yazır
ANA SƏHİFƏ / SİYASƏT
10:41 23.02.2021

 

Özbəkistanın “interpress.uz” portalı işğaldan azad olunan ərazilərimizdə Ermənistan tərəfdən Azərbaycanın mədəni irsinin, mədəniyyət və dini abidələrinin dağıdılmasından yazır.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın əsrlər boyu müxtəlif xalqların və dini konfessiya nümayəndələrinin dinc şəkildə birlikdə yaşadığı ölkə olduğu qeyd olunur. Vurğulanır ki, ölkədə İslam, İudaizm, Xristianlıq və digər dinlərin nümayəndələri arasında dini zəmində heç bir problem yaşanmayıb. IV əsrdən IX əsrə qədər Azərbaycan ərazisində olan Qafqaz Albaniyasının əhalisi xristianlıqla bərabər zərdüştiliyə də etiqad edib.

Bildirilir ki, 28 ildən çox işğal altında olan Azərbaycan ərazilərində ermənilər 1891 mədəniyyət obyektini dağıdıb. 738 abidə, 28 muzey, 4 şəkil qalereyası, 14 memorial kompleks, 1107 mədəniyyət təşkilatı məhv olub. Qarabağda olan 67 məsciddən 63-ü dağıdılıb, qalan bir neçə ibadət evində isə ermənilər donuz və qaramal saxlayıblar. Zəngilan rayonundakı ermənilər tərəfindən yarımdağıdılmış məscid də tövləyə çevrilib, onlar burada ev heyvanları saxlamaqla təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman dünyasının heysiyyətını təhqir ediblər.

Vurğulanır ki, Şuşada 215, Ağdamda 140, Cəbrayıl və Xocavənddə 93, Kəlbəcərdə 91, Laçında 74, Zəngilanda 56, Xocalıda 28 tarix və mədəniyyət abidəsi olub. Bunların demək olar ki, hamısı məhv edilib.

Məqalədə bu abidələrin bərpası və qorunması istiqamətində görüləcək işlər haqqında da məlumat verilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM