29 Yanvar 2012 12:01
910
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Avtomobil alqı-satqı müqaviləsinin təsdiqi üçün neçə manat dövlət rüsumu ödənilməlidir?

Aqil Vəlizadə,

Mingəçevir şəhəri

 

- "Dövlət rüsumu haqqında" qanunun 10.2-ci maddəsində nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün ödənilməli olan dövlət rüsumunun məbləği təsbit edilmişdir. Əgər müqavilə üzrə nəqliyyat vasitəsi müqavilə üzrə ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, ödəniləcək dövlət rüsumu 25 manatdır. Müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə, onda 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

 

Mirasın qəbulu faktının tanınması üçün məhkəməyə hansı sübutlar təqdim edilməlidir?

Lalə Mahmudova,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə, mirasın qəbulu mirasın açıldığı yer üzrə notariat kontoruna onun qəbulu barədə ərizənin verilməsi və ya əmlaka sahiblik edilməyə, yaxud ya əmlakın idarə olunmasına faktik başlanılması və bununla da mirasın qəbul edildiyinin şəksiz nümayiş etdirilməsi ilə mümkündür. Qeyd edək ki, notariat kontoruna tələb olunan bütün sənədlərin təqdim edilməsinə baxmayaraq, o, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etsə, maraqlı şəxs mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizə ilə deyil, notariat hərəkətlərinin aparılmasından imtina barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.

Mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlər üzrə aşağıdakı sübutların təqdim edilməsi zəruridir: notariat orqanının lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən  imtinasını təsdiq edən sübut; əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyə faktiki başlamağı təsdiq edən sübutlar (vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər); miras qoyanın sonuncu yaşayış yeri barədə arayış; miras qoyanın ölümü barədə şəhadətnamənin surəti; vərəsənin miras qoyanla qohumluq və digər münasibətlərini təsdiq edən sənəd.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video