03 Noyabr 2013 12:11
829
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Qanunvericiliyə əsasən, fəaliyyət göstərən (işləyən) sığortaolunanların əməkhaqqının 3 faizi  hər ay sığortaedən tərəfindən tutularaq sığortaedilənin fərdi şəxsi hesabında əks etdirilir və onun pensiya kapitalı hesab olunur. İndi mən pensiyadayam. Mənə məxsus olan həmin kapitaldan necə istifadə edə bilərəm? 

 

Elmira Hüseynova,

Bakı şəhəri

 

- "Sosial sığorta haqqında" qanunun 14-cü maddəsinə görə, əmək müqaviləsi  ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3 faizi miqdarında sığorta haqqı ödənilir. "Əmək pensiyaları haqqında" qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə isə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır.

 

Boşanmışam, aylıq maaşım 120 manatdır. Hansı məbləğdə aliment ödəməliyəm?

 

Xanlar Şirinov,

Xırdalan şəhəri

 

- Məhkəmə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi (1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı kimi müəyyən edilə bilər.

Nəzərə alsaq ki, əməkhaqqınız 120 manat təşkil edir və həmin məbləğ uşağın saxlanması üçün yetərli ("Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" qanunun 1-ci maddəsinə görə 2013-cü il üçün yaşayış minimumu uşaqlar üçün 93 manat məbləğində müəyyən edilmişdir) deyildir, onda məhkəmə irəli sürülmüş tələbdən asılı olaraq sizdən alimenti hər ay ödənilməli olan sabit pul məbləğində və ya həm sabit pul məbləğində, həm də sözügedən 76-cı maddədə müəyyənləşdirilmiş qaydada qazancın (gəlirin) müəyyən hissəsi şəklində tuta bilər.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video