23 Iyun 2013 12:06
807
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Pensiya yaşım çatıb. Bilmək istərdim ki, hərbi xidmətdə olduğum 2 il və ali məktəbdə təhsil aldığım 5 il ümumi əmək stajıma daxil ediləcəkmi? Ümumiyyətlə, pensiya hesablanarkən hansı amillər nəzərə alınır?

 

Nizami Həbibov,

Bakı şəhəri

 

- Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri "Əmək pensiyaları haqqında" qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun 21.2.3-cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil olunur. Lakin sığortaolunanın ali məktəbdə təhsil aldığı müddətin onun sığorta stajına daxil edilməsi sözügedən qanunda nəzərdə tutulmamışdır. Müqayisə üçün qeyd edək ki, qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" qanunun 67-ci maddəsinin "ğ" bəndində ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin iş stajına daxil edilməsi təsbit olunmuşdu.

Yaşa görə əmək pensiyası baza, sığorta və yığım hissələrindən ibarətdir. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilir. Yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin məbləğləri isə "Əmək pensiyaları haqqında" qanunun 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş düsturlara uyğun olaraq müəyyənləşdirilir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video