19 May 2013 12:05
986
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

1993-cü ildə könüllü olaraq Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Döyüş bölgəsində sənədlərim komandanlıqda itirilmişdir. İllərlə sənədlərimin axtarışı ilə məşğul oldum və 2012-ci ildə bəzi sənədlərim Müdafiə Nazirliyinin arxivindən tapıldı. Həmin sənədlərə əsasən 2013-cü ildə mənə "Müharibə veteranı" adı və müvafiq vəsiqə verildi. Mən müharibə veteranı kimi Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müavinət almaq üçün müraciət etdim. Orada bildirdilər ki, bu vaxta qədər ala bilmədiyim müavinətlər  ödənilməyəcək.  Bu, qanunidirmi?

 

Müstər Cavadov,

Sumqayıt şəhəri

 

- "Sosial müavinətlər haqqında" qanunun 4.0.1.6-cı maddəsi müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Prezidenti) orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti aylıq müvainət növlərindən biri kimi nəzərdə tutur. Həmin qanunun 9.1.5-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

 

Lazer epilyasiyasından sonra üzümdə problemlər əmələ gəldi.  Kosmetoloq 2-3 günə keçib gedəcəyini söyləsə də, üzüm hələ də pis vəziyyətdədir. İndi mən gözəllik mərkəzinə və epilyasiyanı bilavasitə icra etmiş kosmetoloqa qarşı məhkəmədə hansı iddianı qaldıra bilərəm?

 

Nəzrin İbrahimli,

Bakı şəhəri

 

- Sizin vurulmuş maddi və mənəvi zərərin

 əvəzinin ödənilməsi tələbini irəli sürmək hüququnuz vardır. İddia tələbinizin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər" adlanan IX bölməsinin müvafiq müddəaları (1096, 1097, 1115, 1128 və s.) təşkil edir. Əgər kosmetoloq gözəllik mərkəzinin işçisi kimi sizə xidmət göstərmişdirsə, onda cavabdeh qismində gözəllik mərkəzi çıxış edəcək. Çünki MM-in 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İrəli sürdüyünüz iddianın təmin edilib-edilməməsi təqdim olunacaq sübutlardan  asılıdır. Nəzərə almalısınız ki, kosmetoloqun qüsuru nəticəsində zərər vurulduğunu sübut etmək  sizin üzərinizə düşür (Mülki Məcəllənin 1132-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video