05 May 2013 12:05
1048
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Mənzilimizi özəlləşdirən zaman mən və oğlum ərizə yazaraq onun ərimin adına sənədləşdirilməsinə razılıq verdik. Sonradan ərimlə münasibətlərimiz pisləşdi. O indi deyir ki, mənim həmin mənzillə bağlı heç bir hüququm yoxdur. Bunu əsas gətirir ki, özəlləşdirmə zamanı öz hüquqlarımdan imtina etmişəm. Bu, nə dərəcədə düzgündür?

 

Xanım ŞƏrifova,

Sumqayıt şəhəri

 

- "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanunun 1-ci maddəsi özəlləşdirmənin əvəzsiz olaraq həyata keçirildiyini təsbit etmişdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsi əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını onun (yəni əmlakın) ər-arvadın birgə mülkiyyəti sayılması üçün zəruri iki şərtdən biri kimi qəbul edir, onda mənzil üzərində mülkiyyət hüququnuzun olmamasını demək olar. Lakin mənzilin ərinizin adına özəlləşdirilməsi sizin və oğlunuzun həmin mənzil üzərində yaranmış istifadə hüququnuzu aradan qaldırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair" 21 dekabr 2012-ci il tarixli qərarında deyilir ki, "özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz".

Odur ki, sizin özəlləşdirilmiş mənzildən istifadə hüququnuz var və özəlləşdirmə zamanı verdiyiniz yazılı razılıq bu hüququnuzdan imtina etdiyiniz mənasına gəlmir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video