Oxucuların suallarına cavab verir
Atam bağ sahəsini bağışlama müqaviləsi qardaşımla mənim aramda bərabər şəkildə bölmüşdür. Qardaşım atamın sağlığında ona bağışlanmış payı öz adına sənədləşdirmişdir, mən isə yox. Atam vəfat edib. Öz payımı bağışlama müqaviləsi əsasında sənədləşdirmək istəyəndə mənə dedilər ki, müqavilə qüvvəsini itirib. Bu, doğrudurmu?
M.Rauf,
Bakı şəhəri
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 668.1.1-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlı sayılır. MM-in 146.1-ci maddəsinə görə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-in 146.2-ci maddəsi ilə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
Göründüyü kimi, sizinlə atanız arasında bağlanmış bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənmişdirsə, onda bağışlama etibarlıdır. Həmin müqavilə üzrə sizin bağışlanan əmlak üzərində sahiblik və istifadə hüquqlarınız artıq yaranmışdır. Yalnız mülkiyyət hüququna daxil olan üç hüquqdan biri - sərəncam hüququnuz bağışlanan əmlak üzərində hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından sonra yaranacaqdır. Məlumat üçün qeyd edək ki, MM-in 668.1.1-ci maddəsinin 2005-ci il noyabrın 1-dək olan redaksiyasında bağışlama müqaviləsinin etibarlı hesab edilməsi üçün "daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma" şərti də nəzərdə tutulmuşdu. Lakin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 144-cü bəndi ilə "daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma" şərti MM-in 668.1.1-ci maddəsindən çıxarılmışdır.
Beləliklə, bağışlama müqaviləsi üzrə əldə etdiyiniz mülkiyyət (konkret sərəncam) hüququnuzun dövlət qeydiyyatına alınmamasına və bağışlama müqaviləsinin etibarsızlığına səbəb olmur.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!