04 Noyabr 2012 12:11
895
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Özüməməxsus məhəllədə sənədləşdirilmiş qaydada 76 kv.m-lik mağaza tikdirmişəm. Bilmək istəyirəm ki, mağazanın tullantılarının daşınmasına görə nə qədər haqq ödəməliyəm?

 

Fərhad Əliyev,

Ağstafa şəhəri

 

- Azərbaycan Respublikasının Tarif (Q

iymət) Şurasının "Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" 24 noyabr 2011-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən, bərk məişət tullantılarının yığılması və daşınması xidmətinin tarifi qeyri-əhali qrupu üzrə tullantının

1 m3 üçün 10 manat təşkil edir.

Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının sözügedən qərarının 2-ci bəndi ilə mülki qanunvericiliyə uyğun olaraq, xidmət göstərən subyektlərlə istehlakçılar arasında xidmətlərin müqavilə əsasında həyata keçirilməsinin təmin edilməsi qərara alınmışdır.

Beləliklə, mağazanızın tullantılarının daşınması üçün bu sahədə xidmət göstərən şəxslə müqavilə bağlamalı və ödənişi göstərdiyi xidmət müqabilində həyata keçirməlisiniz.

 

Məhkəmənin qətnaməsi ilə əməkhaqqımın 1/4 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Aliment əməkhaqqımın ümumi məbləğindən, yoxsa vergi çıxıldıqdan sonra qalan məbləğdən hesablanacaqdır?

 

Səməd Hacızadə,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 98 nömrəli, 23 may 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növləri"nin 7-ci bəndinə görə, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video