21:25 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Oxucu gileyinə diqqətlə yanaşdılar
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:02 19.02.2012

 

Qəzetimizin 29 yanvar 2012-ci il tarixli nömrəsində dərc edilmiş "Kömək istəyirik" sərlövhəli oxucu gileyi Sabran Rayon İcra Hakimiyyətində tikinti, sifarişçi təşkilatçıların nümayəndələri və şikayətçilərin iştirakı ilə birlikdə müzakirə edilmişdir. Rayon icra hakimiyyətinin başçısının müavini İ.Mikayılovun imzası ilə aldığımız cavab məktubunda deyilir:

"Şabran şəhərində su-kanalizasiya qurğularının tikintisi dövlət proqramına uyğun olaraq Fransanın "SADE" şirkəti və subpodratçı təşkilat "RAMKO" MMC tərəfindən həyata keçirilir.

Layihə üzrə şəhər daxilində planlaşdırılan 200 km-dən artıq küçə su-kanalizasiya kəmərlərinin tikintisinin cari ilin may ayında başa çatdırılması nəzərdə tutulmuşdur. Bu müddət ərzində bir neçə küçədə 100 km-dən artıq su-kanalizasiya xətləri çəkilmiş, qazılan xəndəklər tam doldurularaq hamarlanmışdır.

Nizami küçəsində tikinti-quraşdırma işləri  tamamlandıqca, qazılmış xəndəklər doldurularaq normal vəziyyətə gətirilmişdir. Yanvar ayının son günlərində havaların sərt keçməsi ilə əlaqədar Xaqani küçəsində qazıntı işləri bir neçə gün dayandırılmış, 100 metrə qədər məsafədə hamarlanma işlərinin tam başa çatdırılması mümkün olmamışdır.  Məlumat üçün bildiririk ki, mövcud tikinti normalarına əsasən quraşdırılmış boru xətlərinin yoxlanılıb sınaqdan keçirilməsi və qazılmış xəndəyin tam doldurulması 3-4 iş günü ərzində başa çatdırılır. Hava şəraiti imkan verən kimi küçələrdəki artıq torpaq  tikinti təşkilatı tərəfindən kənarlaşdırılacaq və həmin ərazi əvvəlki vəziyyətinə gətiriləcəkdir".

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM