18 Yanvar 2012 01:01
401
İQTİSADİYYAT
A- A+

Ötən il dəmir yolu ilə 3 milyon 500 min sərnişin daşınmışdır

 

Ötən il Azərbaycanda dəmir yolu ilə 3 milyon 500 mindən artıq sərnişin daşınmışdır. Bu, əvvəlki illə müqayisədə xeyli çoxdur.

AzərTAc xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin məlumatına görə, ötən il 18 istiqamətdə sərnişin daşınması həyata keçirilmişdir. Bunlardan 10 marşrut ölkə daxilində, 8-i isə beynəlxalq istiqamətlərdə olmuşdur. Sərnişinlərin rahatlığı üçün müəyyən yeniliklər də edilmişdir. İlk dəfə olaraq ötən ildən başlayaraq internet vasitəsilə bilet satışı təşkil olunmuşdur. Xidmət sahəsində görülən işlərin çoxu artıq elektron versiyada həyata keçirilir. Bir sıra vağzallarda, o cümlədən Bakı sərnişin stansiyasında elektron tablolar quraşdırılmışdır. Tablolarda yaxın 10 gün ərzində bütün istiqamətlərə bilet satışları barədə məlumat təqdim olunur. Məlumatlar 15 saniyədən bir dəyişir. Bu, bilet satışında şəffaflığın təmin olunmasına yardım edir. Ümumiyyətlə isə ötən il daşınan sərnişinlərin yarısı Bakı sərnişin stansiyasının payına düşür.

Ötən ilin yaddaqalan hadisələrindən biri də Bakı-Gəncə ekspress qatarının yenidən istismara verilməsidir. Qatardakı 5 vaqonun hamısı Slovakiyada ən müasir tələblər səviyyəsində yığılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video