27 Fevral 2021 14:34
629
CƏMİYYƏT
A- A+

Ötən il Azərbaycanda 35 min 348 cütlük nikaha daxil olub

 

Ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 min 348 nikah və 14 min 628 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq onun səviyyəsi 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil edib. Nikah səviyyəsi Kəlbəcər-Laçın (4,1), Aran (3,9), Dağlıq Şirvan (3,8), Yuxarı Qarabağ (3,6) iqtisadi rayonlarında və Bakı şəhərində (3,6), boşanma səviyyəsi isə Bakı şəhərində (1,8), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (1,7) və Abşeron (1,6) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 1669 nəfər gələn və ölkəmizdən 568 nəfər gedən qeydə alıblar. Ölkə üzrə miqrasiya saldosu müsbət 1101 nəfər təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video