28 Yanvar 2014 12:01
464
Elm və texnika
A- A+

Ötən həftənin elmi yenilikləri

 

Uzunmüddətli akademik elmi araşdırmaların nəticəsi olaraq keçən həftə  dünyanın müxtəlif elm mərkəzlərinin  tədqiqat mövzuları üzrə yekun  rəyləri açıqlanıb.

Britaniya alimləri  təmiz havada, amma Günəş işığında gəzintinin sağlam insanlarda arterial təzyiqi aşağı saldığını, onlarda infarkt və ya insult riskini azaltdığını sübut ediblər.  Eyni zamanda, bəlli olub ki, Günəş şüalarının altında az olan şəxslərin bədənində vitamin və mikroorqanizm balansı pozulur, müxtəlif xəstəliklərin yaranmasına zəmin yaranır.

Niderland mütəxəssislərinin fikrincə, yaşayış və ya iş yerlərində temperaturun yüksək olması insanların piylənməyə, mülayim, bir qədər sərin olması isə arıqlamaya səbəb olur. Sərin (soyuq) şəraitdə orqanizm ehtiyat qüvvələrini işə salaraq müqavimət gücünü yüksəldir, bu zaman həm də enerji təminatı üçün piylərin yandırılması prosesi güclənir.

ABŞ və Kanada astronomlarının qənaətinə görə, həyat formaları təkcə Yerə oxşar planetlərdə deyil, digər parametrli səma cisimlərində də ola bilər. Bu səbəbdən Yerə bənzər - yəni,  əsasən öz günəşinə məsafəsi və kütləsi ilə planetimizə oxşar səma cisimlərinin axtarışına üstünlük verilir.  Amerikalı alimlər bu parametrlər  üzrə  tamamilə fərqli  (günəşindən geniş və uzaq trayektoriyalı) göstəricilərə malik səma cisimlərində həyat üçün münbit şəraitin Yerdən də üstün ola biləcəyini iddia edirlər. Belə şəraitin təkcə planetlərdə deyil, hətta peyklərdə də formalaşması mümkündür.  Ehtimallara əsasən, narıncı cırtdan ulduzların ətrafındakı planetlər həyat üçün Yerdən də yararlıdır.

İngiltərə tədqiqatçıları cavan və orta yaşlarda həyatdan zövq alan, özünü xoşbəxt hiss edən insanların qocalığının da  çox sağlam keçdiyini, onların daha az xəstəliklərə  düçar olduqlarını və digərlərindən təxminən 8 il daha artıq yaşadıqlarını müəyyənləşdiriblər.

Amerikalı biotexnoloqlar  rekord sayıla biləcək səviyyədə enerji tutumuna malik  bioloji - şəkər əsaslı batareya yaradıblar. Batareyanın normal fəaliyyəti üçün bir qədər şəkər, su, hava və cüzi miqdarda sintetik fermentlər kifayət edir.  Ekoloji cəhətdən təmiz, həmçinin yüksək tutumlu bu bioloji batareyaların   məişət texnikası və avadanlıqlarında tətbiqi təklif olunur.

Avropa kosmik tədqiqatlar agentliyinə məxsus "Rozetta" zondu 10 il bundan qabaq kosmosa göndərilib və son 2,5 il ərzində hərəkətdə ikən "yuxu" rejimində qalıb. Nəhayət, aparat "oyanmağa" başlayıb və Yerə ilk siqnallarını göndərib. Ötən müddət ərzində "Rozetta"  Günəş ətrafında mürəkkəb trayektoriylarla hərəkət etməklə Yupiterin orbitinə yaxınlaşıb, sonra Marsın, növbəti mərhələlərdə isə üç dəfə Yerin yaxınlığından keçib.  Bu aparat Günəş sisteminin 120 kilometrlik ən böyük asteroidi - Lyutesiyanın  3,2 min kilometr məsafədə yanından ötüb, eləcə də Steync asteroidinə də "baş çəkib".

Bu missiyalardan sonra "Rozetta"  Curyumov-Gerasimenko  kometasına doğru yol alıb və səfər müddətində  avadanlıqların əksəriyyəti enerjiyə qənaəti üçün "yuxuya" verilib.  Cari ilin avqustunda aparat kometaya çatacaq və daha bir unikal missiyanı həyata keçirəcək -  kometanın səthinə tədqiqat  "Philae" tədqiqat modulunu endirəcək. Bu modul vasitəsilə alimlər kometanın kimyəvi tərkibini, ona əsasən də mənşəyini, yaranma tarixini araşdıracaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video