01 Avqust 2021 01:44
902
İDMAN
A- A+

Orxan Səfərov uğursuzluqda günahı özündə görmür

 

“Uğursuzluğun səbəbini özüm də bilmirəm. Açığı, federasiya idmançılar üçün hər bir şəraiti yaratmışdı. Təlim-məşq toplanışı keçmişik, verilən bütün tapşırıqları yerinə yetirmişik. Niyə belə olduğunu başa düşmürəm”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan cüdoçusu Orxan Səfərov (66 kq) Olimpiya Oyunlarındakı uğursuzluğu barədə danışarkən deyib.

Olimpiadadakı ilk görüşündə qazaxıstanlı Yerlan Serikjanova uduzaraq mübarizəni dayandıran Avropa çempionu məğlubiyyətin arxayınlıqla bağlı olmadığını bildirib: “Pandemiya hardasa səbəb ola bilər. Amma arxayınlıq yox idi. Olimpiya oyunlarında ilk dəfə iştirak etmirik. Hara yollandığımızı bilirdik”.

O.Səfərovun sözlərinə görə, medalsız qaldığı üçün məyus olsa da, özünü günahkar hiss etmir: “Medal qazanmağı kim istəməz? Zaman keçir. O medalın boynunda olmağını istəyirsən. Bu, hər bir idmançının arzusudur. Zədələr, ağır məşqlər, 5 il ərzində keçdiyimiz əziyyət olimpiada üçündür. Uduzmaq mənə çox pis təsir etdi. Çəkdiyim əziyyətə heyfim gəlir”.

Qeyd edək ki, Azərbaycan Tokio Olimpiadasında 9 cüdoçu ilə təmsil olunmuşdu. Onlardan yalnız biri - İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video