27 Noyabr 2021 18:57
615
CƏMİYYƏT
A- A+

Orxan Məmmədov: Turizm sahəsində sahibkarlığın təşviqi KOBİA üçün hər zaman prioritet təşkil edir  

Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanıtmaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı və Avropa İttifaqının tərəfdaşlığı ilə keçirilən festivalda Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarında yaşayan fermer və sahibkarlar, turistlər, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin və KOBİA-nın nümayəndələri iştirak ediblər.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə olunmuş uğurların nümayiş olunduğu Şamaxı Qida Festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir. Vurğulanıb ki, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. KOBİA tərəfindən müxtəlif yerli, beynəlxalq sərgi və festivallarda KOB-lar üçün xüsusi stendlər təşkil olunur və onlar üçün öz məhsullarını tam ödənişsiz nümayiş etdirmək imkanı yaradılır. İndiyədək KOBİA-nın dəstəyi ilə 200-dən çox startap, mikro və kiçik sahibkarlıq subyektinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına agentlik tərəfindən dəstək göstərilib. Turizm sahəsində sahibkarlığın təşviqi də KOBİA-nın fəaliyyət gündəliyində hər zaman prioritet təşkil edir. Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların iştirakı ilə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi yaradılıb ki, bənzər layihələr digər turizm bölgələrində də həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video