00:24 14 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Orxan hər kəsin yaddaşında yaxşı xatirələrlə qalıb

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:57 07.03.2021

 

Bu gün dövlətimiz şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğısını əsirgəmir. Qarşıya çıxan bütün məsələlər dərhal həll edilir, onların vətənpərvərliyi gənc nəslə nümunə göstərilir.

“Naxçıvan” Universitetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər şəhid Orxan Paşazadənin xatirəsinə həsr olunmuş tədbirdə vurğulanıb.

Tədbiridə çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində təhsil aldığı müəssisələrin böyük rolu var. Uşaq yaşlarında orta məktəblərdə, gənclik illərində isə ali təhsil ocaqlarında onlara Vətən sevgisi aşılanır. Biz fəxr edirik ki, təhsil verdiyimiz gənclər öz vətənpərvərliyi ilə fərqlənirlər. Universitetin ilk şəhid məzunu olan Orxan da öz vətənpərvərliyi, nizam-intizamı ilə həmişə fərqlənib. Tələbə yoldaşlarının, müəllimlərinin və universitet rəhbərliyinin rəğbətini qazanıb. Hər kəsin yaddaşında yaxşı xatirələrlə qalıb.

Orxan Paşazadənin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Qazax rayonun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində şəhadət zirvəsinə ucaldığını qeyd edən rektor bu gün onun əbədiyyətə qovuşmasından bir il ötdüyünü diqqətə çatdırıb.   Sonra universitetin prorektoru, muxtar respublikanın Ali Məclisinin deputatı Hüseyn Bağırsoylu və fakültə dekanı Yasin Babazadə çıxış ediblər.

Tədbirdə şəhidin atası Nazim Paşazadə ilə telefon bağlantısı yaradılıb. Nazim Paşazadə universitet rəhbərliyinə minnətdarlıq edib, şəhidlərin yad edilməsinin onların ailə üzvləri üçün təsəlli olduğunu vurğulayıbŞəhidin qrup yoldaşı Siyasət Hüseynova çıxışında Orxanla bağlı xatirələrindən danışıb, şəhidin nizam-intizamı ilə digərlərindən fərqləndiyini deyib. Sonra tələbələr çıxış ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM