18:58 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcəkdir
ANA SƏHİFƏ / TƏHSIL
01:06 02.06.2012

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə qeyd etmişdir ki, TQDK iyunun 2-də və 3-də Bakı şəhərində Azərbaycan və rus bölməsi şagirdlərinin, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarını keçirəcəkdir. İyunun 2-də saat 11.00-da XI, iyunun 3-də saat 11.00-da isə IX sinif şagirdləri imtahan verəcəklər.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili fənni) və riyaziyyat fənləri üzrə  keçirilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

TQDK-nın sədri şagirdlərin buraxılış imtahanlarında müvafiq imtahan qaydalarına düzgün riayət etmələrinin vacibliyini də diqqətə çatdırmışdır.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçiminin başlandığını xatırladan M.Abbaszadə eyni zamanda bildirmişdir ki, cari ildə magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumi sayı 5 faiz artmış, 6 min 107 olmuşdur. Dövlət sifarişi üzrə ayrılmış yerlərin sayı ötən illə müqayisədə 14 faiz artmışdır.

Sonra TQDK-nın sədri jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM