25 Sentyabr 2016 12:09
763
Oxucu məktubları
A- A+

Operativ tədbir görülmüş, problem həll edilmişdir

 

Ötən ilin avqustunda “Azərbaycan” qəzetində bir qrup Bakı sakininin imzası ilə oxucu məktubu dərc olunmuşdu. Məktub müəllifləri 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsinə doğru enən yolda - ötürücünün altından geriyə dönmə üçün iki yer nəzərdə tutulduğu halda, əks istiqamətdən yuxarı qalxan nəqliyyat vasitələri üçün geriyə qayıtmanın qadağan olunmasından şikayətlənərək tədbir görülməsini xahiş etmişdilər.

 O zaman Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məsələyə münasibət bildirmiş, idarə rəisi Nuşirəvan Səfərovun imzaladığı məktubda bununla əlaqədar Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına müvafiq təkliflə müraciət göndərildiyi göstərilmişdi.

Bir müddət sonra qeyd olunan yerdə vətəndaşların xahişinə uyğun - bir küçədən aşağıya, digərindən isə yuxarıya geriyə dönmə sxemi bərpa edilmişdi. Amma nədənsə bir neçə ay öncə bu sxem narazılıq yaradan formada yenidən dəyişdirilmişdi. Bu səbəbdən ərazidə yaşayan sakinlər ikinci dəfə redaksiyamıza şikayət məktubu göndərmişdilər. Redaksiya bir daha Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciətlə bu məktubun araşdırılmasını xahiş etmişdi.

Məmnunluqla qeyd etmək istəyirik ki, son məktub dərc olunmasa da, vətəndaşların xahişinə qısa müddət ərzində baxılmış, operativ tədbir görülmüş, əhalini narazı salan problem aradan qaldırılmışdır.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video