23:28 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Onlayn mağazanızı yaradaraq satışlarınızı artırın
ANA SƏHİFƏ / ELANLAR
02:00 24.12.2020


"Azercell Biznesin təkmilləşdirilmiş "Biznesim Vebxidməti COVID-19 pandemiyası dövründə korporativ müştərilər üçün böyük imkanlar açır


Pandemiya dövründə bütün iqtisadi əlaqələrin, o cümlədən ticarətin onlayn platformaya daşındığı bir dövrdə "Azercell Biznes” sahibkarlar və müəssisə rəhbərləri üçün böyük imkanlar açır.

Belə ki, təqdim olunan yeni "Biznesim Veb” xidməti sürətli şəkildə veb saytın yaradılmasına, onun onlayn mağaza kimi istifadəsinə imkan verərək satışları asanlaşdırır. Təkmilləşdirilmiş bu xidmət COVID-19 pandemiyası dövründə tətbiq olunan sərbəst hərəkət məhdudiyyəti və digər bu kimi tədbirlər şəraitində biznes sahiblərinə önəmli alternativ və yardımçı satış strategiyasıdır. "Biznesim Veb” xidmətinə qoşulmaqla sizin mağaza və ya restoranınız biznesin yeni fəaliyyət normasına uyğunlaşacaq və rəqəmsal həllər vasitəsilə fəaliyyət göstərəcək.

"Biznesim Veb” xidmətinin əsas üstünlüklərindən biri də "Azercell Biznes”-in müştərilərinin öz şirkətləri və müəssisələri üçün cəmi 3 gün ərzində heç bir əlavə investisiya qoymadan elektron mağaza funksiyası olan bir veb sayt yaratmaqla öz işlərini inkişaf etdirə bilmək imkanıdır. Azərbaycanda kiçik və orta sahibkarlığın inkşafına yönələn bu rəqəmsal xidmət çərçivəsində müştərilər domain qeydiyyatı, hostinq, "Google” xidmətlərindən istifadə, səhifənin təhlükəsizliyinin təminatı kimi digər üstünlüklərdən də faydalana bilərlər.

Yaradılacaq veb səhifədə istifadəçi qeydiyyatının aparılmasını mümkün edən "Users” xidməti, hər bir istifadəçiyə özünün şəxsi bloqunu yaratmağa imkan verən "Blog” xidməti də əlavə olunmuşdur.

Bunlarla yanaşı, "Biznesim Veb” xidmətinə həm də SEO - Google axtarış sistemi üçün səhifənin optimallaşdırılması funksiyası əlavə edilib. Bu zaman "Google” axtarış sisteminə həmin saytla bağlı nəticələr ilk sıralarda görünür ki, bu da saytın tanınması üçün çox önəmlidir.

Qeyd edək ki, xidmət çərçivəsində yaradılan saytın idarə olunması sistemi Windows OS, Mac OSX tərəfindən dəstəklənir. Rahat interfeysin mövcudluğu, məzmunun ayrıca tətbiqlər vasitəsilə təqdim olunması saytın daha sürətli və asanlıqla idarəetməsini həyata keçirməyə imkan verir. Xidmət haqqında daha ətraflı məlumat əldə etmək üçün *1111 nömrəsil ilə əlaqə saxlayın və ya [email protected] ünvanına müraciət edin.

Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmağı hədəfləyən "Azercell Biznes” müştərilərini yeni nəsil həllərin tətbiqi yolu ilə fərdiləşdirilmiş xidmətlə təmin etmək, fərqli məzmunda məhsullar təqdim etməklə onların inkişafına imkan yaradır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM