10:00 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

On bir ayın sultanını Qalib Xalq kimi qarşılayırıq

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:33 13.04.2021

 

Sabah hicri-qəməri təqvimin doqquzuncu ayı - müsəlman dünyası üçün müqəddəs Ramazan ayı başlayır. Ramazanda oruc tutmaq hər bir müsəlman üçün vacibdir, çünki oruc islamın fərzlərindən biridir. Möminlər bir ay ərzində Tanrının buyruğunu yerinə yetirib günün işıqlı vaxtında oruc tutacaqlar.

Builki orucluq ölkəmiz üçün xüsusilə əlamətdardır. 30 ilə yaxın idi ki, Vətən torpağının 20 faizi düşmən tapdağı altında idi. Bu səbəbdən el-obasından didərgin düşmüş yüz minlərlə həmvətənimiz Ramazan ayını ev-eşiyində qarşılaya bilmir, yurd-yuvasında oruc tutacağı günü səbirsizliklə gözləyirdi. Ötən ilin payızında bu möhnətin sonu gəldi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “Dəmir yumruğ”unu işə salıb erməni işğalçılarını müqəddəs torpağımızdan qovub çıxardı, didərgin oğul və qızlarımız ana yurda dönmək imkanı əldə etdilər. Doğrudur, düşmənin viran qoyduğu yaşayış yerlərinə qayıtmaq hələ mümkün deyil: əvvəlcə yağının minaladığı torpaqlar təmizlənəcək, zəruri infrastruktur yaradılacaq, axırda isə yeni şəhər, qəsəbə və kəndlər salınacaq. Yəni hələ bir qədər gözləmək lazım gələcək. Bu istiqamətdə iş artıq başlamışdır. İşğaldan azad olunmuş ərazilər yavaş-yavaş əvvəlki simasına qayıdır.

Əlbəttə, ən əsası odur ki, bir vaxtlar düşmən tapdağı altında inildəyən yurd yerlərimiz artıq azadlığa qovuşmuşdur. Məcburi köçkünlük müsibətindən qurtulmuş həmvətənlərimizin əzəli torpaqlarına qayıdışı yalnız zaman məsələsidir. Çox keçməyəcək ki, Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Laçında, Kəlbəcərdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində Ramazan ayını - on bir ayın sultanını  böyük coşqu ilə qarşılayacağıq.

Hələliksə bütün müsəlmanlar kimi, azərbaycanlı möminlər də orucluğa başlamazdan qabaq, bu axşam niyyət tutacaqlar. Sabahdan etibarən isə islam aləmi Ramazan ayının sevincini yaşayacaq. 

Orucluq islamın zühuru ilə başlamamışdır; insanlar islamdan əvvəl də oruc tutmuşlar. Qurani-Kərimdə deyilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!.. (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (Bəqərə, 183-184).

Bu mübarək ayələrdən açıq-aşkar görünür ki, uca Yaradan möminlərə oruc tutmağı buyurmaqla onları pis əməllərdən çəkindirir. Oruc insanda, hər şeydən əvvəl, nəfsə hakim olmaq vərdişi aşılayır, eləcə də səbir, iradə və təmkin tərbiyə edir. Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı sınağa çəkir: varlı kasıbın sosial vəziyyətini anlayır, ona münasibətdə xeyirxah olmağın vacibliyini yadına salır. Eyni zamanda orucun böyük əxlaqi-mənəvi, sosial əhəmiyyəti var. Hədisi-şərifdə deyilir ki, “oruc sipərdir”, yəni müsəlmanı pis əməllərdən qoruyan gizli silahdır. Oruc tutan insan qeybət qılmaqdan, söyüş söyməkdən, dava-dalaş salmaqdan çəkinməlidir. Adamlar arasında bir-birinə məhəbbət, hörmət, şəfqət, dostluq, qardaşlıq, həmrəylik kimi duyğular hökm sürməlidir.

Orucluq ayında möminlər düşmənçiliyə, umu-küsüyə son qoymalı, bir-birinə münasibətdə mərhəmətli olmağı, bir-birini bağışlamağı bacarmalıdırlar. Allah-taala oruc tutmağı buyurmaqla bütün insanların dinc, mehriban şəraitdə yaşamasının zəruriliyini xatırladır. İlin bir ayı ərzində müsəlmanlar eyni cür qidalanır, eyni cür həyat tərzi keçirir, nəfsini, şəhvətini cilovlamaq məcburiyyətində qalırlar ki, bu da hər bir insan, bütövlükdə cəmiyyət üçün olduqca vacibdir.

Digər tərəfdən, orucluq xoş əməllər ayı olmaqla müsəlman cəmiyyətində ümumi vəziyyətə müsbət təsir göstərir. Bu ayda pis əməllər nəzərəçarpacaq dərəcədə azalır, cinayətkarlığın səviyyəsi açıq-aşkar aşağı düşür. Müsəlman ölkələrində aparılmış çoxsaylı araşdırmalar buna dəlalət edir.

Eyni zamanda bir ay oruc tutmaq insanın sağlamlığında mühüm rol oynayır. Axı oruc tutmağı vacib edən Allah-taala bəndəsinə faydalı olmayan heç nəyi əmr etməz! Orucda böyük ilahi hikmət var. Peyğəmbərimiz Məhəmməd səlavatüllah buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız!” Qədim zamanlardan başlamış günümüzədək oruc insan sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi nəzərdən keçirilir. Hələ islamdan çox-çox əvvəl böyük mütəfəkkirlər müəyyən müddət ac qalmağı, yəni oruc tutmağı tövsiyə etmişlər. Elə müasir dövrdə də oruc vasitəsilə bir çox xəstəliklərə əlac tapmaq mümkün olur. Bu gün həkimlər təsdiqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati zərurətdir. İnsan qida qəbul edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkündür.

İnsan oruc tutarkən mədə, bağırsaqlar, qaraciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, orucun müsbət təsirinə məruz qalmasın.

Qeyri-müsəlman ölkələrində aparılmış və on minlərlə xəstəni əhatə etmiş araşdırmalar sübut etmişdir ki, oruc bir çox digər xəstəliklərin, o cümlədən yüksək qan təzyiqinin, qaraciyər, dəri xəstəliklərinin, xüsusilə allergiya və xroniki ekzemanın və s. müalicəsinə kömək edir. Eyni zamanda oruc pis vərdişləri (siqaretə, narkotik maddələrə bağlılıq və s.) tərgitməyə kömək edir. Beləliklə, insan oruc tutmaqla həm ruhunu, həm də bədənini tərbiyə edir.

Bununla belə, Ramazanda oruc məhz Allahın buyruğunu yerinə yetirib Onun rizasını qazanmaq üçün tutulur. Bu mübarək ayda Tanrıya edilən dualar daha tez qəbul olunandır. Allah orucunuzu və müqəddəs ayda edəcəyiniz duaları qəbul eləsin! Amin!

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM