27 Aprel 2021 22:25
566
SİYASƏT
A- A+

Ömər Çelik: Türkiyəyə verdiyi böyük dəstəyə görə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarıq

 

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı aprelin 24-də verdiyi açıqlaması səbəbindən, Türkiyəyə böyük dəstək verdiyinə görə başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına minnətdarıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik AKP-nin İdarə Heyətinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan hakim partiyanın sözçüsü diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin, ölkə ictimaiyyətinin, o cümlədən ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatla ABŞ Prezidentinin açıqlamalarına etiraz edərək Türkiyəyə dəstək verməsi bir daha qardaşlığımızı bütün dünyaya göstərdi.

ABŞ Prezidenti Co Baydenin məlum açıqlamasının zaman və tarix baxımdan təhlükəli olduğunu diqqətə çatdıran Ömər Çelik bildirib ki, bu açıqlama Azərbaycanın rəşadətlə qazandığı Qarabağ Zəfərindən sonra regionda Ermənistanın da daxil ola biləcəyi əməkdaşlıq şansına mənfi təsir göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video