07 Aprel 2021 22:54
595
CƏMİYYƏT
A- A+

Ombudsman Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

 

Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanla görüş keçirib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 13.2.8-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək səlahiyyəti barədə məlumat verib. Fəaliyyət dövrü ərzində Ombudsman tərəfindən müxtəlif normativ aktlarla bağlı Konstitusiya Məhkəməsinə sorğular göndərildiyi diqqətə çatdırılıb.

Ombudsman Səbinə Əliyeva təsisata daxil olan müraciətlərin qəbulu və baxılması proseduru haqqında məlumat verib, ötən il Ombudsmana 27.500 müraciət edildiyini bildirib.

Görüşdə S.Əliyeva təsisatın dörd regional mərkəzinin fəaliyyət göstərdiyi barədə də məlumat verib.

Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməməsinin hazırda ölkəmiz üçün yaratdığı təhlükə ilə bağlı narahatlığı da diqqətə çatdırıb.

Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan çıxışında 44 günlük müharibədə qazanılmış Zəfərlə münasibətilə qardaş ölkəyə öz təbriklərini çatdırıb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bir çox sahələri əhatə edən əməkdaşlıqda insan hüquq və azadlıqlarının müdafiə edilməsinin xüsusi önəm daşıdığını qeyd edib.

Görüşdə iştirak edən Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycana son səfəri zamanı Prezident İlham Əliyevin onu qəbul etməsi, Gəncədə həyata keçirdiyi faktaraşdırıcı missiya barədə məlumat verib. Ş.Malkoç həmin səfərin yekunları əsasında türk və ingilis dillərində hazırlanmış hesabatı Zühtü Arslana təqdim edib, hesabatın Türkiyədəki 114 səfirlik və diplomatik missiyaya, habelə ümumilikdə 167 ombudsman və milli insan hüquqları təsisatı, beynəlxalq insan hüquqları təşkilatı və digər qurumlara göndərildiyini qeyd edib.

Yekunda gələcəkdə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə təcrübə mübadiləsi aparılması haqqında müzakirə aparılıb və tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video