13:32 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib
 
ANA SƏHİFƏ / SİYASƏT
18:07 20.01.2021

 

Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşlarının iştirakı ilə 20 Yanvar hadisələrinə həsr olunmuş videokonfrans təşkil edilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfrans zamanı 20 Yanvar faciəsinin tarixi, hadisəyə hüquqi qiymət verilməsinin vacibliyi, beynəlxalq ictimaiyyətin məlumatlandırılması barədə müzakirə aparılıb.

Səbinə Əliyeva 20 Yanvar hadisələrinin təşkilatçıları və icraçılarının bu günə qədər cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib. O, həmin dövrdə hadisələrin məqsədyönlü şəkildə əhalidən gizlədildiyini, dəlillərin toplanması ilə bağlı maneələr yaradıldığını, lakin bütün bunların Azərbaycan xalqının əzmini qıra bilmədiyini vurğulayıb.

Tədbirdə ombudsmanın 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar beynəlxalq ictimaiyyətə bəyanat və videomüraciət ünvanladığı qeyd olunub, bəyanatda qeyd edilən əsas məqamlar iştirakçıların diqqətinə çatdırılıb.

Ombudsman Aparatının bir sıra əməkdaşı, həmçinin regional mərkəzlərin rəhbərləri mövzu ətrafında çıxışlar edərək həmin hadisələrlə bağlı fikir və xatirələrini bölüşüblər. Anım tədbirlərini uzun illər sonra ilk dəfədir ki, tarixi ədaləti bərpa edərək öz əzəli torpaqlarını azad etmiş dövlət olaraq qeyd etdiyimiz xüsusilə vurğulanıb.

Videokonfransın sonunda Səbinə Əliyeva 20 Yanvar faciəsi haqqında həqiqətlərin müvafiq beynəlxalq təşkilatlara, ümumilikdə dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM