09:42 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ölkəyə layiqli töhfə
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:02 19.02.2012

 

2010-cu il iyul ayının 8-də ölkə Prezidenti cənab İlham Əliyev Balakən Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edərkən idmançılarla və məşqçilərlə görüşüb söhbət etdi, onlara Azərbaycan idmanının inkişafı, şöhrətinin daha uzaqlara yayılması naminə uğurlar dilədi, xoş arzularını bildirdi. Bu unudulmaz görüş rayonumuzda idmana olan marağı daha da artırdı. Elə o vaxtdan Balakən üçün xarakterik olan güləş növündə qələbələrin sayı artmağa başladı.

Özüm Azərbaycan İdman Akademiyasının məzunuyam. İndi idman ustasıyam. Balakən Uşaq-Gənclər İdman Məktəbinin məşqçisi kimi Qabaqçöl kəndində yerləşən "Ata Sport" güləş klubunda  çalışıram. Atamla - baş məşqçi, SSRİ idman ustası, respublikanın əməkdar məşqçisi, ölkəmizdə yunan-Roma güləş növünün təməlçilərindən sayılan İsmayıl Çopsiyevlə çiyin-çiyinə çalışmağımdan qürur duyuram.

Klubumuzda 5 qrup üzrə 120-yə yaxın uşaq və gənc məşğul olur. Burada məşqlər pulsuzdur. Onu da qeyd edim ki, idman uşaqları, gəncləri pis əməllərdən də çəkindirir. Məşqlərə gələn uşaqların əksəriyyəti dərs əlaçısıdır. Başlıca məqsədlərimizdən biri də Azərbaycan ordusuna sağlam, güclü, vətənpərvər gənclər hazırlamaqdır. Məhəmməd və Murad Əhmədiyevlər, Şamil Şuxiyev, Əhməd Əlibəyov, Əli Şitiyev, Murad Əsdiyev kimi gənclərimizə ümidimiz çoxdur. İnanırıq ki, onlar Azərbaycanın bayrağını ölkəmizin hüdudlarından kənarda ucaldıb, himnini səsləndirən güləşçilərdən olacaqlar.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2012-ci ilin "İdman ili" elan olunması həvəsimizi və məsuliyyətimizi daha da artırıb. Bu diqqəti böyük etimad kimi də qəbul edirik. Çalışacağıq ki, bizə bəslənən ümidləri yetərincə doğruldaraq ölkə idmanına layiqli töhfələr verək.

 

Səməd ÇOPSİYEV,

Balakən rayonu



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM