20:46 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya izlənilir

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:05 31.01.2021

 

Dünyanın yeni növ koronavirusla mübarizəsi davam edir. Mütəxəssislərin araşdırmaları, həyata keçirilən məhdudiyyətlər və qadağalar hələ də bu qlobal bəlanı birdəfəlik dəf edə bilməyib. Dünyanın böyük, iqtisadiyyatı, səhiyyə sistemi yüksək inkişaf səviyyəsinə çatmış ölkələri belə, bu təhlükəli virusdan qurtulmayıb.

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistika hər gün koronavirus qurbanlarının sayının artdığını göstərir. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (26 512 193 nəfər), Hindistan (10 734 026 nəfər), Braziliya (9 119 477 nəfər), Rusiya (3 813 048 nəfər) və Böyük Britaniyadır (3 772 813 nəfər). Ümumilikdə isə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 102 635 172 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 2 216 418 xəstə vəfat edib, 74 329 275 nəfər sağalıb.

 

Həyata keçirilən tədbirlər müsbət nəticəsini verir

 

Azərbaycanda indiyədək 229935 nəfər koronovirusa yoluxub. Bu təhlükəli virus səbəbindən 3119 nəfər həyatını itirib. Yoluxanlardan 222 553-ü sağalıb. Aktiv xəstə sayı 4263 nəfərdir.

Yaxşı haldır ki, ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya izlənilir. Həm yoluxma, həm də ölüm sayında azalmalar var. Bütün bunlar koronavirusa qarşı dövlət tərəfindən davamlı olaraq həyata keçirilən tədbirlərin, eyni zamanda, vətəndaşların üzərlərinə düşən vəzifələrinə məsuliyyətlə yanaşmalarının nəticəsidir.

“RİA Novosti” agentliyinin nüfuzlu “Gallup İnternational”ın (Müstəqil Tədqiqat Agentliklərinin Beynəlxalq Assosiasiyası) apardığı araşdırmaya istinadən yaydığı məlumatda da Azərbaycan vətəndaşlarının hökumətin COVID-19-a qarşı həyata keçirdiyi mübarizə tədbirlərindən razı olduğu əksini tapıb. Belə ki, noyabr-dekabr aylarında “Gallup İnternational” müxtəlif ölkələrdən olan insanların 2021-ci il üçün gözləntiləri barədə sorğu keçirib. Layihə çərçivəsində 47 ölkədə 44 mindən çox insanın fikri dinlənilib. Xüsusilə respondentlərdən koronavirusla mübarizədə hökumətin fəaliyyəti ilə bağlı fikirləri öyrənilib.

Araşdırmalardan məlum olub ki, ümumilikdə dünya əhalisinin 54 faizi vətəndaşı olduğu dövlətin koronavirus pandemiyası ilə uğurla mübarizə apardığına inanır, 42 faiz bu fikirləri bölüşmür. “Gallup İnternational”ın tədqiqatında bildirilib: “Hökumətin pandemiyaya qarşı apardığı mübarizə ilə Vyetnam (100 faiz), Koreya (89 faiz), Hindistan və Azərbaycan (hər biri 86 faiz) sakinləri razıdır”. Sorğudan məlum olub ki, hökumətin gördüyü tədbirlərdən ən çox narazı qalan Ukrayna (77 faiz), Bosniya və Herseqovina (75 faiz), ABŞ (67 faiz) sakinləridir.

Bununla belə, təcrübələr göstərir ki, arxayınlaşmaq yenidən vəziyyətin mürəkkəbləşməsinə səbəb ola bilər.

Ölkəmizdə koronovirusla bağlı müsbət tendensiyanın əldə olunması, virusa yoluxma və ölüm sayında müşahidə edilən azalmalar karantin rejimində bir sıra yumşaldılmaların tətbiqi ilə nəticələnib. Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin müəyyən qismi yanvarın 18-dən yumşaldılıb. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin tarixdən 5 şəhər və 12 rayonda yaşayış yerini və olduğu yeri SMS icazə, icaze.e-gov.az portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv edilib. Həmçinin muzey və sərgi zallarının, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olunmaqla), bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə, şəhərlərarası və rayonlararası hərəkətə isə yanvarın 25-dən icazə verilib.

Ümumtəhsil müəssisələrində isə fevralın 1-dən əyani tədrisin mərhələli şəkildə bərpa edilməsi qərara alınıb.

Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət isə qüvvədə qalıb. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunması nəzərdə tutulub. Virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 aprelədək uzadılıb.

Təəssüf ki, yumşalmalar zamanı virusun yenidən aktivləşməsi dünya təcrübəsinin acı nəticələrindəndir. Səbəb isə bir çox vətəndaşın arxayınlaşaraq pandemiyanın şərtlərinə biganə yanaşmalarıdır. Laqeydlik isə sonda hər zaman peşmanlıq gətirir.

Görülən tədbirlər söyləməyə əsas verir ki, Azərbaycan dövləti ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruru tədbirləri davam etdirir. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddətinin martın 29-dək uzadılması da bu tədbirlərdən biridir.

Ölkə vətəndaşlarının da öz məsuliyyətlərini dərk etmələri, maska taxmaları, sosial məsafəni gözləmələri, gigiyena qaydalarına riayət etmələri zəruridir. Bütün bunlar olmadan koronavirusa qarşı əldə olunan nailiyyətləri qoruyub saxlamaq, normal həyata qayıtmaq mümkünsüzdür.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM