26 May 2021 02:21
972
Səhiyyə
A- A+

Ölkəmizdə 850 mindən çox vətəndaş vaksinasiyanı tamamlayıb

 

Yanvarın 18-dən etibarən bugünədək ölkəmizdə COVID-19 əleyhinə 2 milyon dozaya yaxın vaksin vurulub,  850 mindən çox vətəndaş isə vaksinasiyanı tamamlayıb.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

“Bir il ərzində ölkəmizdə koronavirusa 300 mindən çox yoluxma qeydə alınıb. Yəni 300 mindən çox vətəndaş canlı virusla qarşılaşıb və immunitet qazanıb. Yanvardan bugünədək isə 1 milyona yaxın vətəndaşımızda peyvənd vasitəsilə immunitet formalaşıb”, - deyə Y.Qarayeva bildirib.

Departament müdirinin sözlərinə görə, Azərbaycan dünyada əhalisinin sayına yetəri qədər vaksin olan nadir ölkələrdəndir. Vaksin sayı ilə bağlı heç bir problem yoxdur. Vətəndaşların seçim imkanı var: “Ölkəmizdə üç müxtəlif şirkət tərəfindən istehsal olunan iki növ vaksin var. Yəni, həm inaktivasiya olunmuş bir, həm də vektor platformasında hazırlanan iki vaksin tətbiq olunur. Həmçinin üçüncü növ vaksin olan mRNT tipli peyvəndi də gözləyirik. Qarşıdakı günlərdə Biontech/Pfizer vaksini də Azərbaycana gətiriləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video