06 Sentyabr 2011 02:09
461
İDMAN
A- A+

Olaf Yansen: «Oyun boyu rəqibə göz açmağa imkan verməməliyik»

 

Futbolçularımız da qələbəyə inanırlar

 

Dünən "Aeroport" hotelində Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan millisi ilə qarşılaşacaq futbol üzrə yığmamızın məşqçisi Olaf Yansenin və futbolçuların iştirakı ilə oyunöncəsi mətbuat konfransı keçirilmişdir. Bu dəfə də səhhətindəki problemi əsas gətirərək tədbirə qatılmayan baş məşqçi Berti Foqtsu  əvəz edən köməkçisi Olaf Yansen rəqibin çox güclü heyətə malik olduğunu demişdir: "Qazaxıstanla sabahkı matçda bizə asan olmayacaq. Komandamızı çətin sınaq gözləyir. Qazaxıstan yığması seçmə mərhələnin əvvəlindəki komanda deyil, xeyli güclüdür. Avstriyaya son dəqiqələrdə uduzan komandanı Türkiyə ilə oyunda da gördüm. Onlar uzatma dəqiqələrində qol vurub Türkiyəni də məğlub edə bilərdilər. Güclü müdafiə xətləri və Ostapenko, Qridin kimi hücumçuları var. Amma biz istənilən halda əlimizdən gələni edəcəyik ki, qarşıdakı oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirək". O, bu qələbəni nəyin sayəsində qazanmağın mümkünlüyünü də izah etdi: "Oyunçularımızın sürətli, cəld hərəkətləri, rəqibi daim təzyiqdə saxlaması sayəsində bunlara nail olmaq mümkündür. Bütün oyun boyu rəqibə göz açmağa imkan verməməliyik".

Daha sonra milli komandamızın futbolçuları Qazaxıstan matçı ilə bağlı fikirlərini bildirdilər.

Əfran İsmayılov, yarımmüdafiəçi: "Bəli, mən Belçika ilə oyunda zəif oynadım. Amma biz çox güclü rəqibə qarşı müdafiədən oynamaq məcburiyyətində qalmışdıq. Qazaxıstana qarşı isə hücum futbolu oynamalı olacağıq. Belə halda, təbii ki, mənim də daha yaxşı oyun sərgiləmək şansım var. Mən bu matçı karyeramda ən vacib oyun adlandırardım".

Rauf Əliyev, hücumçu: "Qoy azarkeşlər bizə inansınlar. Onları sevindirəcəyimizə söz veririk. Qazaxıstanla oyunda dolu tribunalar görmək istəyirik. Ümid edirəm ki, bu dəfə azarkeşlər Belçika ilə oyundakından daha çox olacaq. Fikrimcə, Belçika ilə oyundan sonra fiziki cəhətdən tam bərpa olmuşuq. Bu baxımdan problemlə üzləşəcəyimizi düşünmürəm. Qazaxıstan millisini mütləq məğlub etməliyik".

Aqil Nəbiyev, müdafiəçi: "Hələ məlum deyil ki, oynayacağam, ya yox. Həkimlər sabah dəqiq söz deməlidirlər. Hələ də fizioterapevt yardımına ehtiyac duyuram. Belçika ilə oyuna gəlincə, həmin matçda yaxşı oynadım. Amma istəməzdim ki, məni komanda yoldaşlarımdan fərqləndirsinlər. Mənim əsas məqsədim həmişə yığmada uğurla çıxış etmək və daimi olaraq dəvət almaqdır. Qarşıda bizi Qazaxıstanla mühüm oyun gözləyir. Hamı bizdən yaxşı oyun istəyir. Bu oyuna hazırıq. Rəqib üzərində qələbə qazanmağa da hazır olduğumuzu düşünürəm".

Xatırladaq ki, Azərbaycan- Qazaxıstan matçı Bakı vaxtilə bu gün saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video