29 Yanvar 2013 12:01
470
Elm və texnika
A- A+

Oksigen terapiyası insultun fəsadlarını aradan qaldırmaqda effektli nəticə verir

 

İnsult nəticəsində insan beyninə dəyən xəsarətlərin və metabolik pozuntuların aradan qaldırılması, zədələnmiş funksiyaların bərpası oksigen terapiyası ilə mümkündür. İsrail tədqiqatçıları müalicə dövründə hallarında heç bir dəyişiklik müşahidə olunmayan xəstələr üzərində oksigen terapiyası aparıblar. Yeni müalicə proseduru oksigenlə zəngin hava doldurulmuş yüksək  təzyiq kameralarında keçirilib. Bu üsulla orqanizmdəki oksigenin miqdarını on dəfəyədək artırmaq mümkün olub.

İki aydan sonra terapiyaya cəlb edilən xəstələrdə neyron aktivliyinin yüksəlməsi  qeydə alınıb - xəstələr iflic halından çıxıb, onların hissiyyatları artıb, nitq-danışıq qabiliyyətləri bərpa olub. Hətta pasiyentlər kənar yardım olmadan pilləkənlə qalxa, yazılı mətn oxuya, həmçinin vanna qəbul edə biliblər.  

Mütəxəssislər xatırladırlar ki, beyin xəsarətləri müxtəlif dərəcələrə bölünür. Metabolik pozuntulu beyin neyronları diri qalmağa çatacaq qədər enerjiyə malik olurlar.  Ancaq bu enerji funksional siqnallar  göndərməyə yetmir. Oksigen terapiyası hüceyrələrə enerji axınını gücləndirməklə onların funksional fəaliyyətini bərpa edir.

İnsan beyni normal halda bədəndəki oksigenin 20 faizini işlədir. Bu, neyronların 5-10 faizinin  eyni anda fəaliyyət göstərməsinə  bəs edir. Ona görə də regenerasiya - bərpa prosesinə daha artıq, bol enerji tələb olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video